Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 19:01

-

İyulun 5-də Qüdsün şərq hissəsində fələstinli gəncin dəfnindən sonra polislə fələstinlilər arasında toqquşma olub.

«Associated Press»in xəbərinə görə, etirazçılar polislərə daş və içində yandırıcı maddə olan şüşə atıblar. Polis onlara qarşı gözyaşardıcı qaz tətbiq edib. 20-dən artıq adam həbs olunub.

Öldürülən 16 yaşlı fələstinli Muhammed ebu Hudayr-ın ailəsi ölümün səbəbinin intiqam olduğuna inanır.

Keçən həftə üç İsrailli gəncin meyiti tapılandan sonra İsrail qətldə «Həmas»ı ittiham etməyə, onun mövqelərinə zərbələr endirməyə başlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG