Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:26

FHN zəlzələ zamanı belə davranmağı məsləhət görür


Çində zəlzələ

Çində zəlzələ

-
Fövqəladə Hallar Nazirliyinin (FHN) Fövqəladə Halların Xəbərdar Edilməsi Baş İdarəsi bildirir ki, zəlzələnin psixoloji təsirlərinə, əsasən, güclü emosional stress daxildir. Bəzi insanlar tez yardıma qaçırlar, digərləri hələ nə baş verdiyini belə anlamırlar. Zəlzələnin əsas mənfi təsirlərindən biri insanların özünü itirməsidir.

Baş idarə bildirir ki, hündür binalarda yaşayanlar zəlzələ baş verən an evin içindəki müəyyən yerlərdə - məsələn, qapı çərçivəsinin, çarpayının və masanın altında dayanıb ilkin təkanların başa çatmasını gözləməlidirlər.

- Zəlzələ baş verəndə sakitcə gözləyin, ora-bura qaçmayın. İlk təkan vaxtı olduğunuz yerdə qalıb, titrəyişin qurtarmasını gözləyin. Ancaq bundan sonra təhlükəsiz yerə keçin. Əksər bədbəxt hadisələr insanlar mənzillərdən və binalardan çıxmağa və ya da ora daxil olmağa tələsərkən baş verir. Bəziləri hətta yuxarı mərtəbələrin pəncərələrindən yerə tullanır, bu da çox vaxt faciəylə bitir.

- Otaqdasınızsa, təcili təhlükəsiz yerə keçin. Masanın, ya da çarpayının altına girin. Otağın daxili qapı boşluğunda və daxili küncündə durun. Yadda saxlayın ki, ən çox binanın divarları uçur. Ona görə heç vaxt otağın xarici divarlarına yaxın yerdə durmaq olmaz.

- Yeraltı təkanları hiss edincə, tezcə mənzilin və ya otağın giriş qapısını açın. Zəlzələ nəticəsində divarların əyilməsi və bütövlükdə binanın deformasiyaya uğraması nəticəsində giriş qapıları əksər hallarda pərçimlənir ki, bu da sonradan onu açıb otaqdan rahat çıxmağa imkan vermir.

- Qaçaraq binadan çıxmayın, yuxarıdan divar boyu düşən qırıntılar çox təhlükəli olur.

- Çox da hündür olmayan, 1-3 mərtəbəli binanın içindəsinizsə, yuxarıdan tökülən daş və qırıntılardan özünüzü gözləyin və oranı tərk edin. Çoxmərtəbəli binada yaşayırsınızsa, ən yaxşısı, mənzildə qalmaqdır. Pilləkən qəfəsinə çıxmağa, liftə minməyə tələsməyin, ola bilər ki, lift işləməsin. Zəlzələ zamanı lift və pilləkən qəfəsləri çox vaxt sıradan çıxır.

- Küçədəsinizsə, o tərəf-bu tərəfə qaçmayın. Güclü təkanları hiss edincə yerə oturun və hər hansı bir əşyadan tutmağa çalışın.

- Küçədə çoxmərtəbəli binanın yanındasınızsa, çalışın, tez ordan uzaqlaşasınız. Binadan aralıda, həm də açıq bir yerdə dayanıb gözləyin.

- İlk təkan baş verərkən elektrik enerjisi kəsilərsə, bundan narahat olmayın. Çalışın, mənzilinizə daxil olan qaz və elektrik enerjisini bağlayasınız.

- Təkrar təkanlardan qorxmayın, bu heç də yeni zəlzələ demək deyil. İlkin təkanlardan birinin digərindən bir neçə saniyə sonra baş verməsinin səbəbi, əvvəlcə boyuna, sonra eninə dalğaların gəlib çatmasıdır. Daha sonra, arabir, güclü təkanlar təkrarlana bilər.
XS
SM
MD
LG