Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 19:26

10 fevral zəlzələsi çox dərində olmasaydı...


Sorğu: Zəlzələ zamanı necə davranmalısınız?
Gözlə

No media source currently available

0:00 0:03:26 0:00

Sorğu: Zəlzələ zamanı necə davranmalısınız?

-
«ÖLKƏ ƏRAZİSİNDƏ SEYSMİK VƏZİYYƏT SAKİTDİR»

Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyir ki, fevralın 10-da 55 km dərinlikdə baş verən zəlzələ böyük bir lay parçasının qırılmasından sonra baş verib. Bundan sonra hərəkət dayanıb.

Baş direktor zəlzələdən sonra zəif təkanların ola biləcəyini, ancaq bunların qorxulu olmadığını deyir:

«Zəlzələ bütün ölkədə hiss edildi – bütün rayonlarda, yaşayış məntəqələrində. Episentrə yaxın yaşayış məntəqələrində dağıntı yoxdur. Çünki zəlzələnin radiusu dərində olduğuna görə dağıntı törətməyib. Bu cür güclü zəlzələdən sonra təkanlar olmalıdır. Ancaq inanmıram ki, bundan güclüsü olsun. Dağıntı yaradan zəlzələ ola bilməz».

NADİR HADİSƏ: DÜNƏNKİ ZƏLZƏLƏDƏN SONRA KİÇİK TƏKANLAR OLMAYIB

Ancaq dünənki (fevralın 10-da) zəlzələdən sonra kiçik təkanlar olmayıb. Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmologiya şöbəsinin müdiri, seysmoloq Tahir Məmmədli deyir ki, bu, seysmoloqlara yeni araşdırma mövzusu ola bilər:

zəlzələ zamanı məsləhətlər

Təlimat
FHN zəlzələ zamanı belə davranmağı məsləhət görür

«Biz seysmoloqlar üçün də maraqlıdır ki, dünən baş verən zəlzələdən sonra afterşoklar olmayıb. Çox nadir hallarda belə olur. Afterşoklar seysmik təhlükə doğurmur və əsasən, əvvəlki güclü zəlzələdən zəif olur. Nədənsə bu zəlzələ zamanı afterşoklar baş vermədi. Bir dənə də afterşok qeydə alınmayıb. Bunun özü bizim seysmoloqlar üçün gələcək tədqiqatın mövzusu ola bilər».

Tahir Məmmədlini sözlərinə görə, Azərbaycan seysmoaktiv ərazi olduğundan burada çoxsaylı qırılma zonaları (çatlar) var. Zəlzələ baş verən yer qırılma zonalarından biridir. Şamaxı-İsmayıllı, Qəbələ, Gürcüstan sərhədi və ondan o tərəfə davam edən qırılma zonaları var.
Tahir Məmmədli
Tahir Məmmədli
Lənkəran zonasında, Xəzər dənizində, Abşerondan Türkmənistanadək zolaq daxilində qırılma zonaları mövcuddur.

«NEFT VƏ QAZ ÇIXARILMASININ ZƏLZƏLƏLƏRLƏ HEÇ BİR ƏLAQƏSİ YOXDUR»

Tahir Məmmədli neft-qaz çıxarıldıqca yaranan boşluqların zəlzələlərə təkan verməsinə dair əhali arasında yayılan fikirləri yanlış sayır:

«Neft və qaz çıxarılmasının zəlzələlərlə heç bir əlaqəsi yoxdur. Neft-qaz çıxarılarkən neftçıxarma müəssisələri həmin neftin və qazın yerinə su vururlar. Digər tərəfdən neft-qaz 1-2 km, maksimum 6-7 km dərinlikdən çıxarılır. Bu zəlzələ 55 km dərinlikdə olub. 2000-ci ildə Xəzər dənizində baş vermiş güclü zəlzələnin dərinliyi 35 km olmuşdu. Şamaxıda güclü zəlzələlər 10-12 km, Balakən və Zaqatalada 8 km dərinlikdə baş vermişdi. O zonalarda neft-qaz çıxarılmır. Deməli, heç bir əlaqəsi yoxdur. Bunlar yanlış fikirlərdir».

Seysmoloq deyir ki, zəlzələlər nə qədər çox dərinlikdə olsa, o qədər az hiss edilir. Amma dərində olan zəlzələ daha böyük ərazini əhatə edir. Dünənki zəlzələ yer səthinə yaxın olsaydı, Zaqatala-Balakəndəki kimi çoxlu dağıntılara gətirib çıxara bilərdi.

ZƏLZƏLƏNİ HİSS EDƏN SAKİNLƏR NECƏ DAVRANIBLAR?

Bəs zəlzələ vaxtı necə davranmaq lazımdır? Bakı sakini Fərrux Əliyev deyir ki, onun bildiyinə görə, ən əsası, gərək özünü itirməyəsən:

«Dünənki zəlzələ vaxtı özümü itirmədən çölə çıxdım. Sonra yenə işə qayıtdım».

Suala cavab verən digər Bakı sakinləri də qaçmağı çıxış yolu görürlər:

- Hamımız çölə çıxmışdıq, başqa nə etmək olar?

- Neyləyəcəyəm ki, bayıra çıxdım. Qonşuların da hamısı çıxmışdı.

- Çölə çıxdım.

- Özümü bayıra atdım, hamı çıxmışdı.

- Nə etməliydim ki?

Fevralın 10-da saat 16:06-da Saatlıdan 41 km şimal-şərqdə Hacıqabul ərazisində baş verən zəlzələnin gücü episentrdə 6 bala yaxın olub. Yeraltı təkanlar ölkə ərazisində 5-3 bala qədər hiss edilib. İnsan itkisi və dağıntı olmayıb.
XS
SM
MD
LG