Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:59

Tarixin ən faciəvi zəlzələləri xəritəsində Şamaxı da var [infoqrafika]


Türkiyədə zəlzələ - 2011
Türkiyədə zəlzələ - 2011
-
856-cı ildən bu yana tarixin ən çox insan tələfatına səbəb olan 28 böyük zəlzələsi arasında 80 000 adamın həlak olduğu Şamaxı zəlzələsi də var. ABŞ mənbələri 1667-ci ildə baş vermiş bu zəlzələdə 80000-ə qədər adamın həlak olduğunu bildirirlər (Azərbaycan ərazisində baş vermiş zəlzələlərin tarixi və hazırkı aktiv zəlzələ zonaları haqqında Milli Elmlər Akademiyasının Seysmoloji Xidmət Mərkəzinin saytında ətraflı oxu.)

ABŞ-ın Geologiya İdarəsinin məlumatına görə, 856-cı ildən bəri dünyada ən çox insan tələfatına səbəb olan zəlzələ Çində baş verib. 1556-cı ildə Çinin Şansi şəhərində baş vermiş bu zəlzələdə 830000 nəfər həlak olub.

Son bir həftədə İran ərazisində baş verən və rəsmi məlumata əsasən, 100-ə yaxın adamın həlak olduğu iki güclü zəlzələ yeraltı təkanlar mövzusunu yenidən aktuallaşdırıb. «Reuters» agentliyi də bunu nəzərə alıb ABŞ-ın Geologiya İdarəsi ilə birlikdə dünyanın ən çox can alan 28 böyük zəlzələsinin siyahısını hazırlayıb. Həmin siyahını təqdim edirik:

İl

Zəlzələ baş verən məkan

İnsan tələfatı

Zəlzələnin gücü (Rixter şkalası ilə)

1556

Çin, Şansi

830 000

Bilinmir

1976

Çin, Tanşan

270 000

7.5

1138

Suriya, Hələb

230 000

Bilinmir

2004

Sumatra, qərb sahili

227 898

9.15

1927

Çin, Sincan yaxınlığı

200 000

Bilinmir

Təxminən 856

İran, Damxan

200 000

Bilinmir

1920

Çin, Qansu

200 000

8.6

Təxminən 893

İran, Ərdəbil

150 000

Bilinmir

1923

Yaponiya, Kanto

143 000

Bilinmir

1948

Türkmənistan

11 000

7.3

1908

İtaliya

70 000-100 000

7.2

1290

Çin, Çihli

100 000

Bilinmir

2008

Çin, Siçuan

87 587

7.9

1667

Azərbaycan, Şamaxı

80 000

Bilinmir

1727

İran, Təbriz

77 000

Bilinmir

2005

Pakistan, Kəşmir

73 276

7.6

1755

Portuqaliya, Lissabon

70 000

Bilinmir

1932

Çin, Qansu

70 000

7.6

1970

Peru

66 000

7.9

1268

Türkiyə

60 000

Bilinmir

1693

İtaliya, Siciliya

60 000

Bilinmir

1935

Pakistan, Quetta

30 000- 60 000

7.5

1783

İtaliya, Kalabriya

50 000

Bilinmir

1990

İran, Gilan

35 000

7.7

2003

İran, Bam

31 000

6.6

2008

Çin, Siçuan

21 500

7.9

2001

Hindistan

19 700

7.7

1999

Türkiyə

17 800

7.4

Mənbə: Reuters/ABŞ-ın Geologiya İdarəsi


«Wikipedia» İnternet ensiklopediyasına əsasən, dünyada 12 ən çox insan ölümünə səbəb olan zəlzələlər belə sıralanır:


Просмотреть Tarixin ən çox can alan 12 zəlzələsi на карте большего размера
XS
SM
MD
LG