Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:09

Qurban Yetirmişli: «Zəlzələdən sonra zəif təkanlar mümkündür»


Foto: Arxiv

Foto: Arxiv

-
Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli: «Zəlzələdən sonra zəif təkanlar qeydə alına bilər»

***
Fevralın 10-da Xəzər dənizində də zəlzələ olub.

Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, saat 16:17-də Xəzər dənizində zəlzələ qeydə alınıb.

Xəzər dənizində, yer qatının 62 km-lik dərinliyində baş verən yeraltı təkan quruda hiss olunmayıb.

***

Saatlı İcra Hakimiyyətinin 1-ci müavini İlham Quliyev də AzadlıqRadiosuna bildirib ki, dağıntılarla bağlı onlarda hər hansı məlumat yoxdur.

***
Hacıqabul İcra Hakimiyyəti başçısının birinci müavini Sahib Aslanov AzadlıqRadiosuna bildirib ki, əməkdaşlarını səfərbər ediblər. Amma hələ ki, dağıntılarla bağlı onlara hər hansı məlumat verilməyib.

***
Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ episentrdə 6 bala yaxın, respublika ərazisində isə 3-5 bala qədər hiss olunub. İnsan tələfatı və tikililərdə dağıntı yoxdur.

***
Fevralın 10-da Azərbaycan ərazisində hissediləcək dərəcədə zəlzələ baş verib.

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin verdiyi məlumata görə, yerli vaxtla saat 16:07-də Saatlıdan 41 km şimal-şərqdə, Hacıqabul ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələnin maqnitudası 5.70, dərinliyi isə 55 km olub.

Yeraltı təkanlar paytaxt Bakıda da duyulub.

Tikintilərdə dağıntı və itki barədə məlumat yoxdur.

Sən necə, zəlzələni hiss etdinmi? Təssüratlarını bölüş.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG