Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 00:40

Alice Munro Nobel mükafatını almağa getməyəcək


Alice Munro, 2009
Alice Munro, 2009
-

Kanada yazıçısı Alice Munro 2013-cü ilin Ədəbiyyat üzrə Nobel Mükafatının bu ilin dekabrında İsveçin Stokholm şəhərində keçiriləcək təqdimetmə mərsiminə qatıla bilməyəcək. Buna 82 yaşlı yazıçının sağlamlığı imkan vermir.

Bu barədə İsveç Akademiyasından bildiriblər.

Yazıçı 2009-cu ildə ictimaiyyətə açıqlamışdı ki, xərçəng xəstəliyindən müalicə olunur. Eləcə də ürəyində şuntlama əməliyyatı aparılıb.

Bu ilin yayında isə Munro yazar karyerasını başa vurduğunu açıqlamışdı.

“Sadəcə olaraq onun sağlamlığı bu səfər üçün yetərincə yaxşı deyil” – deyə akademiyanın daimi katibi Peter Englund bildirib: “Bu mərasimlə əlaqəli hər bir kəs, o cümlədən xanım Munronun özü buna təəssüflənir”.

İsveç Akademiyası mükafatı Munroya "hekayə ustası" olaraq verib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG