Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:35
-

Bu ilki Nobel mükafatının kanadalı yazıçı Alice Munro-ya verilməsinə ilk etiraz qonşu Amerikadan gəldi.

Amerika yazıçısı, mübahisəli “Amerikalı psix” romanının müəllifi Bret Easton Ellis Twitter-də yazıb ki, Alice Munro “tamamilə şişirtmə”, yəni dəyərindən artıq qiymət verilən bir yazıçıdır: “O indiyəcən belə olub və Nobeli qazanandan sonra da həmişə belə olacaq. Nobel mükafatı bir zarafatdır və bu, uzun illərdi ki belədir”.

Amma bu fikirlərə etiraz edənlər də olub. Məsələn yazıçı Bev Vincent Twitter-də yazıb:

“Bret Easton Ellis deyir ki, Alice Munro “dəyərindən artıq qiymət verilən yazıçıdır”. Xanım Munrodan məsələni şərh etməsini istəyəndə deyib: Kim?”

Munronun mükafat almasını AS Byatt, Colm Tóibín, 2007-ci ilin “Man Booker” mükafatının sahibi Anne Enright kimi yazıçılar da alqışlayıblar.

Easton Ellis sonradan bir qədər fərqli tonda tvit yazıb:


“Ünvanıma yönələn sentimental nifrət məni vadar edir ki, Munronu yenidən oxuyum. Mən onu heç vaxt anlamamışam. Özümü şil-küt edilmiş Santa-Klaus kimi hiss edirəm”.

Şərhləri göstər

XS
SM
MD
LG