Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:38

Aldığı torpaqda çadır qurub yaşayır [Video]


02:30 - Dilşad Əliyeva probleminə diqqət çəkmək üçün 3 övladı ilə küçədə aclıq aksiyası keçirir
Gözlə

No media source currently available

0:00 0:03:50 0:00
-
«İndi boş torpaqda çadır qurub içərisinə sığınmışıq. Hasarın o tayında isə vaxtilə tikdirdiyimiz evimizdə başqaları yaşayır».

Bunları «Qaynar xətt»ə Dilşad Əliyeva danışır. Onun deməsinə görə, 10 il əvvəl Hövsandakı keçmiş zeytun sovxozunun ərazisində 3500 ABŞ dollarına 30 sot torpaq sahəsi alıb. Torpağı ona satan Şirməmməd Kazımov tezliklə sənədləşmə məsələsini həll edəcəyini öz üzərinə götürüb. Dilşad Əliyeva da sözə inanıb, başlayıb ev tikməyə:

«Öz kəndçimiz olduğuna görə inandıq, pulu verdik, qollarımızı çirmələdik, başladıq tikməyə. Borc-xərc, evi yarımçıq tikdik, suvağını vurduq. 3 ildən sonra torpağın sahibi gəldi ki, bu torpağı sizə ucuz satmışam. Pulunuzu qaytarım, torpağı özümə verin. Biz razılaşmadıq. Dedik ki, sənin torpağının qiyməti qalxıbsa, bizim pulumuzun dəyəri də qalxıb. Hesab edirsənsə torpağının 30 min qiyməti var, biz də hesab edirik ki, 3 il əvvəl verdiyimiz 3500 dollar indi 40000 dollara bərabərdir. Beləcə mübahisəmiz yarandı».

Sənədlərdən görünür ki, tərəflər öz aralarında dil tapmadıqda Dilşad Əliyeva Şirməmməd Kazımovdan polisə şikayət edir. Şirməmməd Kazımov barəsində Cinayət Məcəlləsinin 4 maddəsi ilə cinayət işi başlanır. O, özbaşına tutduğu torpaq sahəsini aldatma yolu ilə Dilşad Əliyevaya satmaqda təqsirləndirilir və cərimələnir. Üstəlik, Dilşad Əliyevadan aldığı pulu məhkəmənin qərarı ilə qadının adına banklardan birində açılmış depozit hesabına köçürür. Ancaq məsələ bununla da bitmir. Tərəflər açdıqları sonrakı məhkəmələrdə bir-birlərindən maddi və mənəvi zərərin ödənilməsini tələb edirlər. Maddi ilə mənəvi zərərin iddia məbləği isə 100 min manatı ötür. Bu iddialar təmin edilmir.
Dilşad Əliyeva
Dilşad Əliyeva
Ancaq Şirməmməd Kazımov mübahisəli torpağın 10 sotuna Çıxarış ala bilir. Dilşad Əliyeva deyir ki, 10 il əvvəl tikdiyi ev də Şirməmməd Kazımova sənədlə verilən torpaq sahəsinə düşüb.

«ƏVVƏLKİ İMKANLARIMIZ OLMADIĞINA GÖRƏ...»

Şikayətçi:

«10 il əvvəl min əziyyətlə tikdiyimiz o evdə indi oğlu yaşayır. Gördülər əl çəkmirəm, yerdə qalan 20 sotu da mənə verdilər. Ancaq sənədlə yox, şifahi dedilər ki, o da sənin sahəndir. Bizim əvvəlki imkanlarımız olmadığına görə, məcbur olduq ki, bir çadır quraq, girək içərisinə. 10 ildə 3 uşağım da oldu, məktəb yaşına çatdı, mən isə hələ də məhkəmə qapılarındayam».

«HƏBSDƏ OLMAĞIMDAN İSTİFADƏ EDİB EVİMƏ GİRİBLƏR»

Şirməmməd Kazımov isə bildirib ki, Abşeron rayonu, 1 saylı Zeytun Sovxozunun 28 dekabr 1993-cü il tarixli 106 saylı əmri ilə ona fərdi ev tikmək üçün 10 sot yer verilib. O da həmin torpaq sahəsində ev tikib. Bakıda yaşamağa yerləri olmadığına görə 2005-ci ilin sentyabr ayında evini Dilşad Əliyeva və həyat yoldaşına müvəqqəti yaşamaq üçün verib. 2006-cı ildə həmin evə Çıxarış alıb. Həmin il həbsdə olmasından istifadə edən Dilşad Əliyevayla həyat yoldaşı evi öz adlarına keçirmək istəyiblər, zəbt ediblər. Həbsdən çıxandan sonra onları evdən çıxara bilmədiyinə görə məhkəməyə müraciət edib. Bu yolla evini geri qaytara bilib.

Suraxanı rayon İcra Hakimiyyətinin Hövsan qəsəbə nümayəndəsi Ağasəlim Əliyev deyir ki, Dilşad Əliyeva 1 saylı Zeytun Sovxozu yaşayış sahəsində dövlət mülkiyyətində olan 20 sot torpaq sahəsində çadır qurub yaşayır. Qonşuluğunda yaşayan Şirməmməd Kazımovla torpaq və ev mübahisəsinə gəlincə, bu məsələ məhkəmələrdə mübahisələndirildiyinə görə münasibət bildirə bilməz.
XS
SM
MD
LG