Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 09:09
-

«Heydər Əliyev hakimiyyətə gələndə verdiyi pay torpaqlarından bu günədək də istifadə edə bilmirik». Bunu «Qaynar xətt»ə Gədəbəyin Söyüdlü kənd sakini Nazilə Rzayeva deyir. Onun sözlərinə görə, kəndlilərin pay torpaqları kənd məmurları və kənd bələdiyyə sədri tərəfindən mənimsənilərək ya başqalarına satılır, ya da özləri üçün istifadə edirlər.

Şikayətçi:

«1996-cı ildə torpaq islahatları aparılanda hər kəndliyə 38 sot əkin, 35 sot biçənək sahəsi ayrılıb. Ancaq bizə əkin torpaqlarımızın cəmi 20, biçənək torpaqlarımızın isə cəmi 18 sotuna dövlət aktı verilib. Kəndlilər mənimsənilən torpaqlarını tələb etmək üçün məhkəmələrə gedirlər. Əlimdə məhkəmə qətnaməsi var ki, qızımla mənə ümumilikdə 94 sot torpaq düşür. Gəl ki, qətnaməni icra edən yoxdur».

«MƏMURLARIN ƏLİNDƏ ƏSİR QALMIŞIQ»

Nazilə Rzayeva ona məxsus torpaq sahəsinin başqasına satıldığını iddia edir:

«İndi də mənim torpağımda ev tikilib. Torpaq prezident sərəncamı ilə xalqa verilib, ancaq məmurlar adamlara paylamaqdansa satışa çıxarıb. Bütün təşkilatlarda, ünvanlarda ərizələrimiz var. Bir sözlə, Gədəbəy məmurları ilə Bakı məmurlarının əlində əsir qalmışıq. Günü-gündən sürüləri artır, günü-gündən adamları təhqir etmələri artır. Bizim pay torpaqlarımızı mənimsəyib, özlərinə fermalar tikiblər, bahalı maşınlar alıblar. Ucqar kənddir deyə, özbaşınalıq baş alıb gedir, qarşılarını almağa gücümüz çatmır».

Arxiv foto

Arxiv foto

Nazilə Rzayeva kəndlilərə məxsus torpaq sahələrinin satışında kənd bələdiyyə sədrinin adını xüsusi vurğulayır:

«Tələb edirəm ki, Fərman Abdullayevin həyətyanı torpaq sahəsi, başqa əmlakları yoxlanılsın. Mənim torpağımın başqasına satılmasında saxtakarlıq edənlərdən biri də odur».

«O QADININ İŞİ-GÜCÜ MƏHKƏMƏLƏRDİR»

Kənd bələdiyyə sədri Fərman Abdullayev ittihamlarla razılaşmır:

«Pay torpağını heç kəs kompüterdən keçirib, başqasına sata bilməz. Bələdiyyə öz mülkiyyətində olan torpaq sahəsinə görə Torpaq və Xəritəçəkmə Komitəsinə məktub göndərir, Komitənin nümayəndəsi gəlib torpağın sxemini çəkir. Onun iddia etdiyi torpaqlara görə də Komitədən azı iyirmi dəfə mütəxəssis gəlib, ekspertiza təyin olunub. O qadının işi-gücü məhkəmələrdir. Üçüncü dəfədir ki, kiminləsə torpaq mübahisəsi edir, məhkəmələrə düşür. Üç qrup torpaq sahəsi var. Birinci, dövlət mülkiyyətində qalan, ikinci, xüsusi mülkiyyətə verilən, üçüncü, bələdiyyə mülkiyyətində saxlanılan».

Bələdiyyə sədrinin sözlərinə görə, hər kəsin də torpaq sahələrinə dair dövlət aktı, bölgü layihəsi, hər torpağın mülkiyyət hüququna dair sənədi var. Dövlət adından verilən torpağı vətəndaşın əlindən heç kəs ala bilməz.

Nazilə Rzayeva isə torpaq sahələrinin öz mülkiyyətinə qaytarılması üçün məhkəməyə müraciət etdiyini deyir.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG