Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:44

Dilarə Əliyeva küçəsindəki köçhaköçdan sonra...


Azər Paşayev
Azər Paşayev
-
Şəhərin mərkəzindəki - Dilarə Əliyeva küçəsindəki mənzillər çoxdan yerlə-yeksan olunub, yerində park salınıb. Ancaq hələ də məhkəmə qapılarında qalanlar var. Azər Paşayev həmin küçədəki 149 saylı ünvanda yaşayıb. Ev sökülərkən kompensasiya alıb. Ancaq bu kompensasiyaya yeni ev almamış ötən əsrin 70-ci illərində mənzil aldığı və çoxdan vəfat etmiş keçmiş ev sahibəsinin oğlu gəlib ki, bu ev bizim olub, kompensasiyası da mənə düşür.

“1974-cü ildə o vaxtkı 1 may (indiki Dilarə Əliyeva) küçəsi, 149 saylı evin sahibi olan Sofya Manafova özünə məxsus olan mülkün ikinci mərtəbəsindəki bir otaqlı evi mənə satdı. Ev sahibi dedi ki, nəvəsi Moskvada yaşayır, o gələndən sonra qonşuların iştirakı ilə alqı-satqı edərik. Bir neçə gün sonra nəvəsi Arif Musayev gəldi, qonşuların iştirakı ilə aldığım evə alqı-satqı müqaviləsini imzalamaqla, 2-ci mərtəbədəki 11,5 kv.m mənzili aldım. Həyat yoldaşım və mən həmin evə pasport qeydiyyatına düşdüm, evdə yaşamağa başladıq. Sonra Sofya Manafova nəvəsi Arif Musayevlə Moskvaya köçdü. 1984-cü ildə qadın vəfat etdi. Arif Musayev onun vərəsəsi olduğu üçün, o öləndən sonra 1 may 149 ünvandakı mülkü öz adına keçirtdi”.

Azər Paşayevin sözlərinə görə, ünvandakı mülklər Arif Musayevin adına keçəndən sonra ondan daha bir mənzil də alıb. Ancaq bu alqı-satqı şifahi olub. Arif Musayev ona söz verib ki, növbəti dəfə Bakıya gələndə alqı-satqını rəsmiləşdirəcək. Ancaq növbəti dəfəki gəlişində həyətdəki digər mənzilləri də başqa bir nəfərə qeyri-rəsmi sataraq çıxıb gedib. Azər Paşayev aldığı ikinci mənzili sənədləşdirmək üçün məhkəməyə müraciət edib. Məhkəmə uzun müddət Arif Musayevi axtarsa da, sonda onun Moskvada ölmüş olması barədə şifahi deyilənlərə əsaslanaraq Azər Paşayevin mülkiyyət hüquqlarını tanıyıb və ona mənzilə dair Çıxarış verib. Bundan 8 il ötəndən sonra Arif Musayev peyda olub. Azər Paşayevə verilmiş mənzilə dair sənədlərin ləğv olunması üçün məhkəməyə müraciət edib.

Arif Musayev bildirib ki, Bakıda mülkiyyətində olan mənzili Azər Paşayevə kirayəyə verərək Rusiyaya köçüb. Bir də eşidib ki, mənzil kirayədə qalan tərəfindən ələ keçirilib.

Məhkəmə Arif Musayevin iddiasını təmin edib.

Azər Paşayevin sözlərinə görə, Dilarə Əliyeva küçəsində evlər sökülərkən ona kompensasiya verilib. Bu pulun bir hissəsini borclarına ödəyib, bir hissəsinə isə torpaq alıb ev tikməyi düşünür.

Hətta məhkəmə son qərarında da satdığım mənzilin Arif Musayevə məxsus olduğunu yazsa, mən bilmirəm ki, bu qərar necə icra olunacaq. Ev sökülüb, verilən kompensasiya da xərclənib”.

Üçüncü dəfədir ki, Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qərarını ləğv edərək yenidən baxılması üçün həmin məhkəməyə göndərir. O, ümidini növbəti dəfə keçiriləcək məhkəməyə bağlayıb.
XS
SM
MD
LG