Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:53

Flame mövcud olan “ən mükəmməl” kompyuter virusu sayılır


Arxiv foto: Tehranda internet kafe
Arxiv foto: Tehranda internet kafe

.
Charles Recknagel


Kimsə İranda kompyuterləri “ən müasir” viruslarla yoluxdurur. Flame adlanan bu viruslar haqqında 4 önəmli bilgi.


Flame nədir və o nə edir?
Flame İran rəsmilərinin bu ölkədə yayıldığını dedikləri kompyuter virusunun adıdır. Müstəqil ekspertlər bunun indiyə qədər mövcud olan kompyuter viruslarının ən güclüsü olduğunu deyirlər.

Bu virus kompyuterlərə yoluxdurulduqdan sonra onun həmin kompyuterin sahibinin informasiyalarını oğurlamağa, çox sayda faylları silməyə imkan verir. Kompyuterə düşən bu virus onun olduğu otaqdakı səsləri yaza, ekranın şəklini çəkə bilər.

Virus topladığı informasiyaları kompyuterin qoşulduğu şəbəkə vasitəsilə geri, virusu yaradan ünvana göndərə bilir. Bu virus hətta, düşdüyü kompyuterdə onun sahibinin hər hansı bir iş görməsini əngəlləyə, hətta klaviaturanı dayandıra bilər.

Hələlik Flame virusların İranda hansı kompyuterlərə yoluxması və nə qədər ziyan vurması bəlli deyil. İranda mütəxəssislər onu son aylar Neft Nazirliyinin və Milli Neft Şirkətinin kompyuterlərində tapıblar. Tehran bu virusun araşdırılmasında yardım üçün bir həftə əvvəl BMT-dən kömək xahiş edib.

BMT-nin qurumları isə bunun üçün Rusiyanın kompyuter proqramları sahəsində ixtisaslaşan Kaspersky Lab şirkətinə müraciət edib.

Kaspersky Lab isə onu analiz edəndən sonra “mövcud olan virusların ən mürəkkəbi” adlandırıb. Şirkətin əməkdaşı Magnus Kalkuhl bildirir ki, ola bilər Falme illərdir ki, kompyuterdə fəaliyyət göstərib, amma özünü son dərəcə məharətlə gizlətdiyindən onu tutmaq mümkün olmayıb:

- Belə görünür onun vəzifəsi kompyuterlərdə casusluq etmək olub. Belə casus virusları əvvəllər də görmüşük. Amma maraqlı olan budur ki, bu virus azı iki il özünü gizlədə bilib, indiyə qədər onu tutmaq mümkün olmayıb.

Flame-də yeni olan nədir?
Flame indiyə qədər mövcud olan virusların kompyuterdə gördüyü işi tam mükəmməl şəkildə görə bilir. Amma bu virus əməliyyatları daha interaktiv şəkildə aparmağa imkan verir. Onu yaradıb başqasının kompyuterinə göndərən adam həmin kompyuterdə faktiki olaraq istədiyi hər işi görə bilir.

Budapeştdəki informasiya texnologiyaları üzrə mütəxəssis Boldizsár Bencsáth deyir ki, Macarıstanda da bəzi kompyuterlərdə Flame virusu aşkar edilib. Onun dediyinə görə bu virusun başqalarından fərqi özündən əvvəlki virusların bütün funksiyalarını özündə birləşdirməsidir:

- Ümumi şəkildə götürəndə Flame də başqa viruslar kimi klaviaturanın işini kopyalaya bilir. Amma qeyri-adi olan odur ki, bu, olduqca mürəkkəbdir. Onun daxilində müxtəlif funksiyaları yerinə yetirə bilən kodlar var. Ona görə də həmin kodlar olduqca genişdir.

Kaspersky Lab bildirir ki, Flame-in tam həcmi 20 MB-dir. Bu da başqa viruslarla müqayisədə olduqca iri həcmdir. Flame-i başqalarından fərqləndirən bir də bu böyüklükdə virusun necə gizlədilə bilməsidir.

Flame-i kim və niyə yaradıb?
Bunu bilmək hələlik mümkün deyil. Amma onun həcminin belə böyük olması onu göstərir ki, virus illərlə hansısa kompyuterə yerləşdirilib və bunu edən hansısa cinayətkar qrup deyil, casus informasiyalarına ehtiyacı olan hökumətlərdir.

Mayın 28-də Tehran bildirib ki, Flame 2010-cu ildə onun nüvə proqramlarında işlədilən kompyuterlərə hücum edən Stuxnet adlı virusla “sıx əlaqəlidir.” O zaman İran Stuxnet-in hücumlarına görə İsrail və ABŞ-ı ittiham edirdi.

Amma Kaspersky Lab bildirir ki, Flame Stuxnet-dən 20 dəfə daha mürəkkəbdir və onun kodlarında hansı ölkəyə məxsus olmasına dair hər hansı işarə yoxdur.

Flame mənim evdəki kompyuterimə də hücum edə bilərmi?
İlkin məlumata görə Flame İrandakı kompyuterlərə yoluxub. Kaspersky Lab bildirir ki, onun İsrail, Fələstin, isir, Sudan və Suriyadakı bəzi müştərilərinin kompyuterində də həmin virus aşkar edilib.

Flame Macarıstanda da bəzi kompyuterlərdə tapılıb. Ehtimal olunur ki, həmin kompyuterlərdən də Yaxın Şərqdəki yoluxmuş kompyuterlərlə əlaqə olub.

Amma bütün əlamətləri göstərir ki, bu viruslar yalnız xüsusi məqsədləri həyata keçirmək üçün kompyuterlərə yerləşdirilir.

Budaeştdəki kompyuter mütəxəssisi Budapeştdəki informasiya texnologiyaları üzrə mütəxəssis Boldizsár Bencsáth də hesab edir ki, Flame-dən yalnız məqsədli şəkildə hədəf seçilən kompyuterlər üçün istifadə olunur.

Böyük ehtimalla evlərdə gündəlik işər üçün istifadə olunan kompyuterlərdəki məlumatlar bu virusu yaradıb ondan istifadə edənlər üçün o qədər də maraqlı olmaz.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG