Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 16:07

İran ikinci kiber hücuma məruz qaldığını deyir


İranın Mülki Müdafiə qüvvələrinin rəhbəri Qulamrza Cəlili Mehr agentliyinə bildirir ki, onun ölkəsi "Stars" adlı komyuter viruslarının hücumlarına məruz qalıb. Amma o, bu virusun hədəflərinin nə olduğunu və necə ortaya çıxması haqqında məlumat verməyib. Yalnız onu bildirib ki, artıq virusu araşdırırlar.

İran keçən il də onun nüvə proqramlarında istifadə etdiyi kompyuterlərin "Stuxnet" adlı virusun hücuman məruz qaldığını bildirmişdi. O zaman Tehran buna görə düşmən hesab etdikləri ABŞ və İsraili ittiham edirdi.

Qulamrza Cəlili əlavə edib ki, "Stuxnet" virusu da hələ təhlükə mənbəyi olaraq qalır.

Günün bütün mövzuları

XS
SM
MD
LG