Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:48

İranda güclü kiber virus tapıldı


Mütəxəssislər deyirlər ki, İranda və Orta Şərqdə kompüterləri yoluxduran mürəkkəb bir virus aşkarlayıblar.

Rusiyanın anti-virus şirktəti Kaspersky deyir ki, “sübutlar göstərir ki, "Alov" virus 2010-cu ildə İranın nüvə proqramına hücum üçün buraxılmış Stuxnet virusuyla eyni mənbədəndir.

İran Stuxnet yerləşdirməkdə Birləşmiş Ştatları və İsraili ittiham edir.

Kaspersky bildirir ki, “Alov” virusunun 5 yaşı var və o “20 dəfə çox mürəkkəbdir”.

İran deyir ki, “Alov” “Stuxnet”ə yaxın virusdur və ola bilsin ki, İran kompüterlərində kütləvi şəkildə itkiyə səbəb olan kiber hücumların məsuliyyəti onun üzərinə düşür.

Kaspersky Lab BMT agentliyinin İran tərəfindən təqdim edilmiş məlumatlar əsasında Yaxın Şərq üzrə zərərli proqramları təhlil etmək xahişindən sonra “Alov”u aşkar edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG