Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:10

Virus İranın nüvə proqramını təhlükə altına alıb


«Stuxnet» adlı həmin virus təkcə proqram təminatını yox, həm də avadanlığın özünü sıradan çıxara bilir

«Stuxnet» adlı həmin virus təkcə proqram təminatını yox, həm də avadanlığın özünü sıradan çıxara bilir

İnternet vasitəsi ilə yayılan çox güclü bir virus İranın nüvə proqramını təhlükə altına qoyub. Ötən cümə axşamı kompyuter üzrə mütəxəssis olan gənc irlandiyalı Liam O Murchu təqdimat mərasimində bir şarın partladılması ilə dünyanın necə məhv ola biləcəyini nümayiş etdirib.

Həmin təqdimat YouTube-də yayılıb və kompyuter mütəxəssislərinin bir nömrəli müzakirə mövzusuna çevrilib.

Başqalarından fərqli olaraq Liam O Murchu göstərib ki, “Stuxnet” adlı həmin virus təkcə proqram təminatını yox, həm də avadanlığın özünü sıradan çıxara bilir. O, təqdimatda bunun necə başa verəcəyini nümayiş etdirib.

Murchu hava nasosunu götürüb şara hava vurub. Bu hava nasosu “Siemens” sistemi ilə işləyir. Sonradan onun sisteminə “Stuxnet” virusu yoluxdurub. Sonradan yenidən hava nasosunu işə salır. Nasos hava vurur. Ancaq dayanmır və şar partlayır.

Təsəvvür edək ki, bu şar İranın atom stansiyasıdır. Murchunin təhlilinə görə, bu virus vasitəsilə neft kəmərlərini, elektrik stansiyalarını, hətta nüvə zavodlarını da sıradan çıxarmaq olar.

Murchunin təhlili elə buna görə böyük diqqətə səbəb olub. “Stuxnet” adlı virus isə ötən ildən yaradılıb. Bu virusun effektliliyi haqqında məlumat isə 4 ay bundan əvvəl yayılıb.

DÜNYADA ƏN ÇOX BU VİRUSA YOLUXAN ÖLKƏ İRANDIR


Murchu özü məşhur antivirus şirkətində işləyir. O müəyyən edib ki, bu virus bizim gündəlik həyatımıza xidmət edən sənaye infrastrukturunu hədəf alır. Onun qrupu bunu da müəyyənləşdirib ki, dünyada ən çox bu virusa yoluxan ölkə İrandır. Dünya üzrə hər 5 yoluxma halından 3-ü İranda baş verir.

Buşəhr atom stansiyası
Virusun potensial təhlükəsi haqqında irlandiyalı gəncin təqdimatına reaksiyalar isə özünü çox gözlətməyib. “Siemens” sistemi haqqında geniş məlumata malik almaniyalı təhlilçi Ralf Langner öz bloqunda yazıb ki, “Biz bu ssenariyə uyğun gələn, ancaq daha ağlabatan hədəf fikirləşə bilərikmi? Bəli, fikirləşə bilərik. İranın nüvə proqramına baxaq. Çox qəribədir, iranlılar Buşəhr stansiyasında texniki problemlərinin olduğunu bildiriblər”.

Ralf Langnerin bloq yazısından iki həftə sonra iranlılar stansiyanın açılışının 2 aydan sonra təxirə salındığını bildirdilər.

URANI ZƏNGİNLƏŞDİRƏN SENTRİFUQLARDAN BİR QİSMİ NAMƏLUM ŞƏKİLDƏ AZALIB

İran onu da təsdiqləyib ki, Buşəhrdəki nüvə alimlərinin istifadə etdikləri kompyuterlər virusa yoluxub, zavodun özünə isə xələl gəlməyib. Başqa bir alman analitiki Frank Rieger isə bir qədər də irəli gedərək bildirib ki, ötən ildən İranın Natanz adlı ərazisində uranı zənginləşdirən sentrifuqlardan bir qismi naməlum şəkildə azalıb. Bu da İranın sözügedən virusa yoluxduğu vaxta təsadüf edib.

“Stuxnet” virusu sistemi sıradan çıxardıqdan sonra belə bir iz qoyur – 19790509. Murchunin fikrincə, bu rəqəm tarixə oxşayır. Yəni, 1979-cu ilin mayın 9-u. Həmin tarixdə çox şey ola bilərdi. Bu rəqəm kiminsə ad günü ilə də bağlı ola bilər.

Ancaq qəzet arxivlərindən görünür ki, bu həm də Həbib Elğanianın qətlə yetirildiyi gündür. Həbib Elğanian İran İslam Respublikasında casusluqda ittiham olunaraq edam olunan ilk iranlı yəhudi olub.

/
Daily Telegraph”dan tərcümə etdi: Kəbiran Dilavərli/

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG