Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 19:41

«Azərbaycan Xankəndinə uçuşlara yol verməyəcək»


Ermənistan tərəfi Azərbaycanın Xankəndi şəhərində aeroportu yenidən bərpa edib
Ermənistan tərəfi Azərbaycanın Xankəndi şəhərində aeroportu yenidən bərpa edib
«Xankəndi şəhərində hava limanına qanunsuz uçuşlarla bağlı rəsmi Bakının etirazlarına Ermənistan tərəfi hələ də cavab verməyib».

Bu barədə «APA»ya açıqlamasında Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının (ADMAA) direktoru Arif Məmmədov məlumat verib.

Amma o deyib ki, Azərbaycanın bəyanatlarından sonra ermənilər Xankəndinə mayın 9-a planlaşdırılan uçuşları təxirə salıblar:

«Bizim verdiyimiz bəyanatlar qüvvəsində qalır. İstər yay mövsümündə olsun, istərsə də sonrakı aylarda, Xankəndinə uçuşlara yol verilməyəcək. Ora Azərbaycan ərazisidir və Bakının icazəsi olmadan Xankəndinə uçan təyyarələrə qarşı müvafiq tədbirlər görüləcək».

Ermənistan tərəfi Azərbaycanın Xankəndi şəhərində aeroportu yenidən bərpa edib. Mayın 9-da Yerevandan Xankəndinə ilk uçuşlar planlaşdırılsa da, texniki səbəblər əsas gətirilərək uçuşlar təxirə salınıb.

Azərbaycan tərəfi işğal altındakı ərazilərə istənilən uçuşların qarşısının alınacağını, hətta əraziyə uçan təyyarələri məhv edəcəyini bəyan edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG