Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:56
SƏFİRLİYİN MÜNASİBƏTİ...

ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza parlamentin aprelin 8-dəki iclasında bəzi deputatların səsləndirdiyi fikirlərə münasibətini bildirib. Səfir deyib: «Mənim üçün bir diplomat kimi sülhə nail olmaqdan daha vacib heç bir məqsəd yoxdur.

Mənim karyeramın ən dəyərli cəhəti Cənubi Qafqazda sülhə nail olmağa kömək etmək üçün göstərdiyim səylər olub. Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsinin bitərəf vasitəçisi kimi güclü nüfuza malikdir.

Mən Minsk Qrupunun həmsədiri qismində göstərdiyimiz fəaliyyətlərlə çox fəxr edirəm.

Tərəflərin hər birinin qarşı tərəfin təxribatçı hesab etdiyi addımlardan çəkindiyi bir vaxtda, biz mülki təyyarələrin planlaşdırılan üçüşları ətrafinda yaranmış vəziyyətdəki gərginliyin azalmasını görməkdən məmnunuq.

Bu cür düşüncəli davranış münaqişənin bizim nail olmaq istədiyimiz sülh və danışıqlar yolu ilə nizamlanma perspektivlərini yalnız irəli apara bilər»- deyə səfir buildirib.

DEPUTATLAR ABŞ SƏFİRİNİ İTTİHAM EDİBLƏR


Milli Məclisin (MM) iclasında bəzi deputatlar Azərbaycanın işğal altında olan Xankəndi şəhərində aeroportun açılması və ora aviareyslərin təşkil olunması məsələsinə münasibət bildiriblər.

Deputat Azay Quliyev deyib ki, Azərbaycan tərəfi ermənilərin bu addımına adekvat cavab versə də, ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayzanın (Matthew Bryza) mövqeyi adekvat olmayıb:

«Əksinə, səfir açıqlamalarında Azərbaycan təyyarələrinin Naxçıvana uçuşları ilə Ermənistandan işğal altında olan ərazilərə uçuşlar arasında paralel aparmağa cəhd edib. ABŞ administrasiyasının nümayəndələri öz açıqlamalarında bu kimi yanlışlıqlara yol verməməlidirlər».

Deputat Fəzail Ağamalı isə ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayzanı ermənipərəst mövqe tutmaqda ittiham edib. O, deyib ki, səfir açıqlamalarına diqqət yetirməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG