Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:59

Macarıstan beynəlxalq tənqidlər qarşısında geri çəkilir


Viktor Orban
Viktor Orban
Macarıstan mübahisəli media qanunvericiliyinə edilən beynəlxalq tənqidlər qarşısında geri çəkilir. Macarıstanın baş naziri Viktor Orban yanvarın 6-ı deyib ki, əgər zərurət varsa, qanun dəyişdiriləcək.

Bir qrup xarici jurnalistə verdiyi müsahibəsində Viktor Orban deyib ki, Avropa Birliyi yeni qanunu qəbuledilməz sayırsa, onun hökuməti bu yöndə əməkdaşlıq etməyə hazırdır.

«Biz Avropa Birliyinin bir hissəsiyik və burda bütün oyunlara qayda var» - deyən Orban Brusseldə Avropa Birliyi rəhbərliyinin Belçikadan Macarıstana ötürülməsi mərasimindən az sonra xarici jurnalistlərə bildirib.

...ONDA BU ÖLKƏLƏR DƏ BUNU ETSİN

Ancaq Orban əlavə edib ki, yeni qanun onu tənqid edən Avropa Birliyinin üzvləri Fransa, Almaniya və Niderlandın qanunvericiliyi ilə oxşardır. Əgər Macarıstan qanunu dəyişirsə, onda bu ölkələr də bunu etməlidir.

Orban ötən həftələrdə bu qanunu müdafiə edən şərhlərlə çıxış etmişdi.

Qanunun müdafiəçiləri deyirlər ki, yeni qanunvericilik güclü dövlət tabeliyindəki media komitəsinin müşahidəsi altında həm çap, həm İnternet, həm də elektron mediada «insan ləyaqətini» qoruyacaq və «balanslaşdırılmamış» xəbərlərin qabağını alacaq.

Hökumətin sözçüsü Anna Nagy yanvarın 5-də bildirib ki, bu qanun «Avropa dəyərləri»ni özündə saxlayır və AB rəhbərliyinin Macarıstana keçməsinə mane olmayıb:

HƏR BİR MÜDDƏA DİGƏR AVROPA ÖLKƏLƏRİNİN QANUNVERİCİLİYİNDƏ DƏ VAR

«Əgər bu məsələni götürsək - mən ümid edirəm ki, qanuna tənqidlər bir müddət vaxt aparacaq – sən bu qanunda hər bir müddəanı
Tənqidçilər deyirlər ki, qanunvericiliyə bu dəyişiklik mətbuata senzuranın tətbiqi deməkdir
digər Avropa ölkələrinin media qanunvericiliyində tapa biləcəksən. İstər İsveç, istər Fransa, istər də Britaniya qanunvericiliyində…».

Amma tənqidçilər deyirlər ki, qanunvericiliyə bu dəyişiklik mətbuata senzuranın tətbiqi deməkdir və bunun nəticəsində sovet dövrünün jurnalistikasına qayıdış təhlükəsi var.

Qanun macar jurnalistləri kimi radiostansiya meneceri Gabor Csabaini də qəzəbləndirib. O deyir ki, media hökumətin nəzarəti olmadığı halda azad fəaliyyət göstərə bilər:

ONLAR ƏLLƏRİNİ MƏTBUATDAN ÇƏKMƏLİDİRLƏR

- Təbii, biz qəbul edirik ki, bəzi gözlənilməz hallarda, dövlətin təhlükəsizliyi yarananda medianın azadlğına hökumətin azacıq müdaxiləsi ola bilər. Amma digər hallarda deyirəm ki, onlar əllərini mətbuatdan çəkməlidirlər.

Beynəlxalq təşkilatlar da yeni qanunu tənqid ediblər. ATƏT bildirib ki, yeni qanun mətbuat azadlığı prinsiplərinə qarşıdır və ölkədə tənqidçi medianı sükuta qərq edə və ictimai müzakirələri susdura bilər.

Avropa Birliyinin «ağırçəkili» ölkələri Almaniya, Böyük Britaniya və Fransa da yeni qanunu tənqid edib. Almaniya xarici işlər nazirinin müavini Werner Hoyer bu həftə deyib ki, Macarıstana Avropa Birliyinin mediaya cəza tədbirləri ilə mübarizə aparan şərq əməkdaşlıq tərəfdaşları ilə danışıqlar aparmağa icazə verilməməlidir.

MACARISTAN HAKİMİYYƏTİ VƏZİYYƏTƏ AYDINLIQ GƏTİRSİN

Jose Manuel Barroso
Avropa Birliyinin icraedici orqanı olan Avropa Komissiyası yeni qanunu saf-çürük etməyə başlayıb. Avropa Komissiyasının prezidenti Jose Manuel Barroso cənab Orbanla yanvarın 5-də Brüsseldə formal görüşünü keçirəndən iki gün əvvəl deyib ki, onlar da narahatdılar və Budapeştin cavabını gözləyirlər:

- Əlbəttə, istərdim ki, Macarıstan hakimiyyəti vəziyyətə aydınlıq gətirsin. İki gün sonra baş nazir Orbanla görüşümdə mən bu məsələni qaldıracam.

Macar mübahisəsi demokratiya və söz azadlığına meydan oxuyan fərdi üzvü olmasına öyrəşməmiş Avropa Birliyi üçün təşvişləri dərinləşdirib.

Bu səs-küyə görə bir necə müşahidəçi Avropa Birliyini söz azadlığı ölçülərini dəqiq göstərməyə cağırıb ki, nə Brussel, nə də digər üzvlər gələcəkdə onu pozmağa yol verməsinlər.

Yanvarın 6-ı Avropa Birliyində prezidentlik Macarıstana keçir.

/Sayta hazırladı Səadət Akifqızı/

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG