Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:28

Macarıstan qəzetləri ölkədə soz azadlığının bitdiyini yazırlar


Macarıstanda iki əsas qəzet yanvarın 3-də birgə bəyanat yayaraq hökumətin ölkədə media azadlığına son qoyduğunu bildiriblər.

Bu mübahisəli qanun yanvarın 1-də, Macarıstanın Avropa Birliyinə altı aylıq prezidentliyə keçdiyi gündən qüvvəyə minir.

Macarıstanın ən çoxtirajlı qəzeti olan “Nepszabadsag” yanvarın 3-də çap olunan sayının birinci səhifəsində Avropa Birliyinin bütün 27 rəsmi dilində bir cümlə yazıb: “Macarıstanda söz azadlığı sona çatdı”. Solçu baxışlı bu qəzet Avropa Birliyindən ölkədə mətbuat azadlığının bərpa edilməsinə yardım xahiş edir.

Yeni qanuna görə mediaya nəzarət orqanı materialların “balanslı” və “mənəvi prinsiplərə” uyğun hazırlanıb-hazırlamamasına nəzarət edəcək. Həmin qurumun üzvlərini də əsasən hakim partiya təyin edib.

Beynəlxalq media təşkilatı, Avropa Birliyi ölkələri və ATƏT Macarıstanın yeni qanunun narahatlıq yaratdığını bildirib. Macarıstan hökuməti isə tənqidlərin əsassız olduğunu və onların yanlış məlumatlardan yaranan mənfi rəylər olduğunu deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG