Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 08:08

Macar mətbuatına qarşı müharibə?


Media Şurasına böyük səlahiyyətlər verilir
Media Şurasına böyük səlahiyyətlər verilir
Macarıstanda media ilə bağlı yeni qanun qəbul olunur. Mühafizəkar hökumət yeni qanunu zəruri sayır, tənqidçilər isə hesab edirlər ki, qanunvericiliyə bu dəyişiklik mətbuata senzuranın tətbiqi deməkdir.

Qanun hər hansı nəşrdə, veb-saytda, radioada hazırlanan reportajlarda, yazılarda direktivlərin pozulmasına görə, yeni Media Şurasına böyük miqdarda cərimə tətbiq etmək hüququ verir.

Budapeştdə ötən həftə parlamentin qəbul etdiyi və yanvarın 1-də qüvvəyə minəcək qanuna görə, yeni yaradılan Milli Media və Kommunikasiyalar Hakimiyyətinə - qısaca Media Şurasına böyük səlahiyyətlər verilir. Şura yalnız hakim Fidesz Partiyası tərəfindən dəstəklənib.

Qanunun tənqidçiləri deyirlər ki, şuranın siyasi müstəqilliyi yoxdur, hökumətin qərarlarını icra edəcək və yeni qaydalar «balans yoxdur», «şərəf və ləyaqətin zədələnməsi» təhqir səbəbi kimi qeyri-müəyyən ittihamlarla sui-istifadəyə imkan yaradacaq.

Cərimə potensialı isə elə böyükdür ki, Macarıstan mediasını müflisləşməyə apara bilər - bunu da tənqidçilər deyirlər.

MEDİADAKI PROBLEMLƏRİ TƏNZİMLƏMƏYƏ ÇALIŞIRIQ

«Əgər Media Şurası səhv qərar qəbul etsə və ya digər problemlər yaransa, onda parlamentin etirazı nəticəsində bu qanun dəyişəcək», - bunu Fidesz-in üzvü Janos Lazar deyir:

Dunya Miyatoviç
- Bizim məqsədimiz macar mətbuatına qarşı müharibə etmək deyil. Ancaq mediadakı problemləri tənzimləməyə çalışırıq.

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Mijatovic deyri ki o, yeni qanunvericilikdən narahatdır:

- Əgər qanundan sui-istifadə halları olsa, bu, ölkədə tənqidi medianı sükuta qərq edə və ictimai müzakirələri susdura bilər.

ANGELA MERKEL QANUNA QARŞI

Almaniya kansleri Angela Merkel də yeni qanunun kəskin əleyhdarı olub. Bunu onun nümayəndəsi bildirib:

- Avropa Birliyinə prezidentliyi götürən ölkə kimi Macarıstanın bütün dünyada birliyin təmsilçiliyi üçün spesifik məsuliyyəti olacaq.

Lüksemburqun xarici işlər naziri Jean Asselbron isə sual verib ki, Macarıstan Avropa Birliyinə prezidentlik etməyə hazırdırmı?

- Macarıstanın planı Avropa Birliyinin razılaşmalarını pozur. Belə bir ölkə Avropa Birliyinin liderliyinə layiqdirmi?

QANUNDAN SUİ-İSTİFADƏ XƏYALINA DÜŞMƏMİŞİK

Viktor Orban
Amma Macarıstanın baş naziri Viktor Orban ölkənin özəl telekanallarının birinə verdiyi müsahibədə özünü tənqidlərdən müdafiə edib, deyib ki, onlar qanundan sui-istifadə etmək xəyalına düşməyiblər:

- Mən parlamentdəki müzakirələrdə əsən dizlərə və ya Qərbin reaksiyalarına cavab vermək həvəsində deyiləm. Burda Avropa Birliyi ölkələrinin media qanunvericiliyinə müvafiq gəlməyən müddəalar yoxdur.

Qanunun pozulmasına görə, milli televiziya kanalları 950 min dollar, gündəlik qəzetlər 119 min dollar, həftəlik və ya aylıq nəşrlər ümumilkdə 40 min dollar cərimə ilə üzləşə bilərlər.

Cənab Orbanın mühafizəkar partiyası ötən aprel ayında sabiq sosialistlərə qarşı hiddətin dalğasından sonra hakimiyyətə gəlib. O, bir neçə qanunu və Konstitusiyanı dəyişə bilər, çünki parlamentdə Orbanın partiyası üçdə iki səs çoxluğuna sahibdir.

MACARISTANDA DEMOKRATİYA TƏHLÜKƏ ALTINDADIR

Kommunist dövründə dissident yazar olmuş Gyorgy Konrad Orbanı tənqid edir ki, o, Macarıstanda demokratiyaya təhlükə yaradır:

- Bu qanun mənə 1933-cü ildə Hitlerin millətçi-sosialistlərinin hakimiyyətə gəlişini və riyakar demokratik şərait diktə etmələrini xatırladır. Hətta əgər Macarıstan Almaniya ilə müqayisədə kiçik ölkə olsa da, bunu heç cür demokratiya ilə əlaqələndirmək olmaz.

Macarıstan Avropa Birliyinin prezidentliyini götürən üçünçü keçmiş sovet ölkəsidir. Bu ölkə Avropa Birliyinə 2004-cü ildə üzv olub.

/Sayta hazırladı: Səadət Akifqızı/

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG