Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:04

Macarıstan tənqidlər qarşısında geri çəkilir



Macarıstanın baş naziri Viktor Orban bu gün deyib ki, əgər Avropa Birliyi zərurət bilirsə, yanvarından birindən tətbiq edilən yeni qanun dəyişdirləcək.


Amma Orban onu da əlavə edib ki, yeni qanun Avropa Birliyinin üzvləri Fransa, Almaniya və Niderlandın qanunvericiliyi ilə oxşardır.

Avropa Birliyinə bu ildə 6 aylıq rəhbərlik Macarıstana keçib.

“Balans”, “şərəf və ləyaqət” kimi normaları pozduğu təqdirdə media üçün yüksək məbləqdə cərimələrin tətbiqini nəzərdə tutan yeni qanun layihəsini parlamentdə çoxluğa sahib olan Fidesz partiyası dəstəkləyib. Yeni qanunvericilik həm yerli, həm də beynəlxalq təzyiqlərə səbəb olmuşdu.
XS
SM
MD
LG