Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:30

MTRŞ sədri: "LiderTV-yə xəbərdarlıq edilmədi"


Nuşirəvan Məhərrəmli
Nuşirəvan Məhərrəmli
AzadlıqRadiosuna müsahibəsi

Bir müddət əvvəl Lider Televiziyası açıq-saçıq videogörüntü yaymışdı. O zaman AzadlıqRadiosu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmlidən münasibət öyərnəndə baxım sonra münasibət bildirəcəyəm, - deyə cavab vermişdi.

Biz məsələyə yenidən qayıtmaq üçün yenidən N.Məhərrimləyə müraciət edib məsələnin TeleRadio Şurasında müzakirə olunub-olunmadığı ilə maraqlandıq.

N.Məhərrəmli dedi ki, belə bir müzakirə olmayıb. Onun sözlərin görə, "bu məsələ məhkəmə çəkişməsi predmetidir, hüquq-mühafizə orqanları ilə bağlı bir şeydir".

- Bəs, Teleradio Şurasının səlahiyyətlərində yoxdurmu xəbərdarlıq eləsin?

- Var, var, səlahiyyətlərində var.

- Elədinizmi xəbərdarlıq?

- Biz onlarla danışdıq artıq və aradan qalxdı bu məsələ.

- Amma ictimaiyyət bilmədi bunu, Nuşirəvan müəllim

- Nəyi bilmədi?

- Yəni, sizin onlara xəbərdarlıq eləməyinizi, onlarla danışmağınızı…

- Xəbərdarlıq etməmişik. - deyə N.Məhərrəmli söhbətə son qoydu.
XS
SM
MD
LG