Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:35

Bəs nə oldu milli mentalitet?


“Lider” televiziyasının nümayiş etdirdiyi intim görüntülər bloqçuların da diqqətindən yayınmayıb. Görüntülər “Azadlıq” qəzetinin sabiq texniki direktoru Azər Əhmədov barəsində olub.

Ötən həftənin mühüm olaylarından biri də 15 mindən çox Azərbaycandilli bloqun bağlanması oldu. Bloqların yerləşdiyi “Azeriblog” portalının fəaliyyəti “maliyyə çətinliyi üzündən” dayanıb, bloq sistemi satışa çıxarılıb.

“LİDER” TV, BƏS NƏ OLDU MİLLİ MENTALİTET?

Sualı bloqçu Vəfa Cəfərova verir:

Dostumuz Həbib məlumat verdi ki, bu gün “prime time”da Azər bəyin başıbəlalı videosunu orda veriblər. Ayıbdı e…Alayı vaxt milli mentalitet ilə baş-beynimizi xarab edirlər, indi də saat 8–də uşaqların süd içib yatmadığı, ana-bacının xəbərlərin bitib seriallarını gözləyən vaxtı bu videonu yayıblar. Bəs nə oldu? Başqa vaxt xaricdəki tv-lərdəki “əxlaqsızlıqdan” danışırsız. Əlbəttə, mənim anlamımda əxlaqsızlıq Azər bəyin həyatına burnuvuzu soxmaqdır. Türklər demiş YUH! Heçmi sizdə əxlaq anlayışı yoxdur? Cem Yılmaz demiş hanı biz marjinaldıq! Sizə nə oldu?”.

“PORNO FİLM BARƏDƏ QEYD…”


Turxan da televiziyada görüntülənən məsələ barədə yazıb:

Azər Əhmədovla bağlı videonun "Lider" TV-dən yayımlanması bloqçularda etiraz doğurub
Dünən “Lider” TV öz “əxlaq”ını ortaya qoydu. Qəzet direktorunun seks videosunu hardansa tapıb canlı efirdə yayımladılar. Beləliklə, hər kəsin evində porno yayılmış oldu!!! Uşaqlı, qocalı evlərdə də porno kadrlarına baxanlar xeyli olub. Terror deyilən şey məhz budur, dostlar. İnsanın şəxsi həyatına qarışmaq, onun yataqda nə etməsini canlı efir vasitəsiylə yayımlamaqdır, terror!!!

Mənim dindar dostlarım tez-tez deyirdilər ki, Avropada, Amerikada əxlaqsızlıq, tərbiyəsizlik baş alıb gedir. Homoseksuallıq, lesbiyanlıq-zad…Amma dünyanın heç bir ölkəsində heç bir televiziya kanalı açıq porno görüntüləri yaymayıb! İllah da saat 19.00-da!!!”.

Fatalin də intim görüntülərin yayılmasını düzgün saymır.

BOŞANMALAR NİYƏ ARTIR?

Qubaxəbəri narahat edən məsələ ölkədə boşanmaların sayının artmasıdır:

Sovetlər zamanı toplumumuzda ateizmin hökm sürməsinə baxmayaraq, telekanallarda əxlaqsız kino və verilişlər görmək olmazdı və ümumilikdə insanların əxlaqı daha üstün səviyyədə idi. Boşanma halları demək olar ki, az idi və eşidəndə ki, bir kəs boşanıb, elə reaksiya olurdu ki, sanki bir cinayət baş verib. Müstəqillik qazanandan sonra bu günə kimi bu məsələ günbəgün adiləşir və dağılan ailələrin sayı artır”.

Parlamentlərin tarixindən yazan bloqçu bu dəfə 591 yaşlı Andorra parlamentini xatırladıb.

GƏNCƏ VƏ ŞƏKİDƏ VƏZİYYƏT NECƏDİR?

Leyla Azəri Gəncənin “gözəl mənzərələrindən” yazıb
Leyla Azəri
Gəncənin “gözəl mənzərələrindən” yazıb:

Gülməli mənzərə ilə qarşılaşdıq. Zibil qutuları bom-boş idi. Ancaq qutuların ətrafı zibillərlə dolu idi. Görünür, bizim şəhərdə yeni basketbol mərkəzləri açmaq lazımdır. Çünki zibil qabına zibili atmaq üçün deyəsən, basketbolçu olmaq lazımdır...”.

Şəkibloq da Şəkidəki natəmizlikdən yazıb:

Şəki şəhərinin 19-cu rayonu olan Dağ dibində yaşayıram. Buranın təbiəti olduqca gözəldir. Ancaq buranın təmizliyi haqda müsbət danışa bilmərəm.

Bizim məhəllədə, yəni bizim binada 200-ə yaxın insan yaşayır. Bu insanların hamısı çox təəssüf ki, normal yaşamaqdan məhrumdurlar. Ona görə ki, məhəlləmizdəki natəmizlik hamının sağlamlığına mənfi təsir göstərib. Burada yaşayan azyaşlı uşaqlar, oyuncaq əvəzinə zibilliklərdə olan zibillərlə oynayırlar.

Hələ mən sizə kanalizasiya sistemlərimizdən danışmıram. Ən böyük problem də elə budur. Kanalizasiyadan axan nəcisli sular bloklarımıza qədər yayılıb. Buna bir tədbir görsəz yaxşı olar”.

OBAMA YENİDƏN FACEBOOK-DAN KÖMƏK ALMAQ ISTƏYIR

Obama yenidən Facebook-un imkanlarından istifadə etməyi düşünür
Veboxu
yazıb ki, sosial şəbəkənin köməyi ilə prezident seçilən ABŞ-ın dövlət başçısı Barak Obama yenidən sosial şəbəkələrin imkanlarından istifadə etmək qərarına gəlib.

Bu dəfə o, noyabrın 2-də keçiriləcək seçkilərdə insanları aktiv olmağa çağırıb
:

“Oktyabrın 28-də “Twitter”də “Commit to vote” səsverməsində Amerika vətəndaşlarını aktiv olmağa səsləyib... Son dövrlər Obamanın nüfuzunun kəskin aşağı düşməsi hakim demokratların qələbə qazanmaq şansını azaldıb.

Buna görə də Obama əvvəlki sosial şəbəkə uğurundan istifadə etməyi düşünür. Ümid edirəm, bu dəfə də qələbə qazana biləcək”.
XS
SM
MD
LG