Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:17
“Azadlıq” qəzetinin direktoru Azər Əhmədov tutduğu vəzifədən istefa verib. Buna səbəb oktyabrın 12-də “Facebook” sosial şəbəkəsində onun bir xanımla yataq səhnəsinin yayılması olub.

AzadlıqRadiosuna açıqlamasında “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid deyib ki, artıq Əhmədovun istefası qəbul edilib:

“Azər baş verənlərin ona qarşı təxribat olduğunu dedi. Bildirdi ki, təxribatın “Azadlıq” qəzetinə qarşı istifadə olunmasına yol verməmək üçün istefa verir. Biz də istefanı indiki halda daha məqbul sayaraq qəbul etdik. Ancaq məsələnin mahiyyəti ilə ətraflı tanış deyiləm. Bilmirəm ki, bu necə baş verib, ya ümumiyyətlə baş veribmi? Azər Əhmədovla görüşmək üçün çalışıram”.

Q.Zahid onu da deyib ki, Azər Əhmədov siyasət adamı olmasa da, bu məsələdə hansısa siyasi məqsədlər olduğunu düşünür:

“Bu məsələnin “Azadlıq” qəzetinə, hətta müxalifət cəbhəsinə qarşı yönəldiyi haqda versiyalar var. Digər tərəfdən də Azər Əhmədov heç bir partiyanın hətta sıravi üzvü belə deyil. “Azadlıq” qəzetində onun tutduğu post texniki işdir. Düzdür, mən həbsdə olarkən o məni əvəz edib. Ancaq bir daha vurğulayıram, onun işi texniki iş idi”.

Azər Əhmədov isə AzadlıqRadiosuna məsələ ilə bağlı hər hansı açıqlama vermək istəmədiyini deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG