Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 21:26

MSK-da yer davası qurtardı


Pənah Hüseyn
Oktyabrın 8-də Milli Məclis Mərkəzi Seçki Komissiyasında (MSK) boş qalan yerləri nəhayət ki, doldurdu. Yəni xeyli vaxtdır mübahisə və müzakirə obyekti olan 3 boş yerə parlamentdəki bitərəflərin təmsilçisi Arifə Muxtarovanı, Müsavat deputat qrupunun namizədi Gülağa Aslanlını və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Mikayıl Rəhimovun namizədliklərini səsə qoyub təsdiq etdi.

«HAKİMİYYƏT YENİ SEÇKİ SAXTAKARLIĞINA HAZIRLAŞIR»

Müsavat deputat qrupundan olan Pənah Hüseyn MSK tərkibinin bu şəkildə formalaşdırılması ilə razılaşmadığını bildirir. Deyir ki, qanunla MSK parlament seçkilərinin nəticələrinə əsasən formalaşdırılır. Müsavat rəsmi açıqlamalara əsasən, 2005-ci il seçkilərində YAP-dan sonra ən çox səs almış partiyadır. Milli Məclisdə də hakim partiyadan sonra digərləri ilə müqayisədə ən çox deputatla təmsil olunur. Ona görə də Müsavatın göndərdiyi 2 namizəddən yalnız birinin müzakirəyə çıxarılması ədalətsizlikdir:

«Müsavatın təqdim etdiyi ikinci namizədin - Ənvər Əliyevin müzakirəyə çıxarılmaması ədalətsizlikdir və heç şübhəsiz, Azərbaycanda siyasi konsensus, o cümlədən bu seçkilər ətrafında yarana biləcək konsensus şansını artıq aradan qaldırmış oldu».

Pənah Hüseyn hesab edir ki, belə seçki komissiyaları ilə seçkiyə getmək indidən əsas verir ki, hakimiyyətin yeni bir seçki saxtakarlığına hazırlaşdığını düşünək. Pənah Hüseynə görə, əslində bitərəf deputatlar da iqtidarın təyin etdiyi
Oqtay Əsədov
adamlardır.

«HANSI İXTİYARLA BELƏ DANIŞIRLAR?»

Spiker Oqtay Əsədov isə Pənah Hüseynin fikrilərini əsassız hesab edir və hər şeyin qanun çərçivəsində həyata keçirildiyini bildirir. Deyir Müsavat Partiyasına azlıqda olan digər partiyalardan çox yer verilməsi barədə heç yerdə yazılmayıb:

«Müsavatın cəmi 4 deputatı var. Bitərəf deputatların sayı isə onlardan 10 dəfə çoxdur. Hansı ixtiyarla onlar haqda belə danışırlar, onların hakimiyyətə yaxın olduğunu deyirlər? Mən hesab edirəm ki, qəbul olunmuş qərarlar qanunvericiliyə uyğundur».

Onu da deyim ki, Oqtay Əsədov son vaxtlaradək MSK-da 2 yerin Müsavat deputat qrupuna aid olduğunu dəfələrlə bildirib və onlara öz nümayəndələrini verib bu söz-söhbətə son qoymağı tövsiyə edirdi.

Qanunla MSK tərkibi 18 nəfərdən ibarət olmalıdır. Müsavat Partiyası 2 nümayəndəsini vermədiyi və Ana Vətən Partiyasının təmsilçisi Rövşən İsmayılov bu ilin iyununda Konstitusiya Məhkəməsinin hakimi təyin olunduğundan MSK-da fəaliyyətini dayandırdığı üçün qurum 16 nəfərlə işləyirdi. Ötən həftə Müsavat Partiyası MSK-ya öz namizədlərinin (Gülağa Aslanlı və Ənvər Əliyev) təsdiqlənməsi üçün Milli Məclisə rəsmi müraciət edib.

Elxan Şahinoğlu
AVP isə bu günlərdə MSK-dakı yerini BAXCP-yə güzəştə gedib. İndi BAXCP arzuladığı 1 yeri alsa da, parlament Müsavata istədiyi 2 yerdən yalnız birini verdi. Bunun əvəzində bitərəflər MSK-da daha bir yer əldə etdilər.

«BELƏ İNSANLARIN MSK-DA OLMASI VACİBDİR»

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə hesab edir ki, parlamentin keçən iclasında hakim partiyadan olan deputatların Müsavatın MSK-dakı boş yerlərə namizəd verməsinə reaksiyaları Oqtay Əsədovu da fikrindən çəkindirib. Parlamentin payız sessiyasının sentyabrın 30-da keçirilən ilk iclasında YAP-dan millət vəkili Siyavuş Novruzov demişdi ki, Müsavat Partiyasının verdiyi namizədlərlə bağlı son sözü parlament deyəcək.

Onun fikrincə, iqtidarın MSK-ya ədalətli mövqedən çıxış edə biləcək 2 nəfəri birdən buraxmaq istəməməsinin səbəbi də başa düşüləndir:

«MSK-da bir nəfər ədalətli mövqedən çıxış edirsə, məntəqələrdə seçkilərin saxtalaşdırılması ilə bağlı qətiyyətli mövqe ortaya qoyursa, saya təsir etməsə də, bu, müəyyən ictimai silkələnməyə səbəb olur. Ona görə də düşünürəm ki, sayından asılı olmayaraq belə insanların həm MM-də, həm də MSK-da təmsil olunması olduqca vacibdir».

Elxan Şahinoğlu əlavə edir ki, 5 il əvvəl iqtidar MSK-da aparıcı müxalifətə 2 yer təklif edirdi. İndi isə hesab edir ki, 1 yer də bəsləridir. Əslində bu, o vaxtdan indiyədək hakimiyyətin müxalifətə münasibətinin hansı səmtə və nə dərəcədə dəyişdiyinin göstəricisidir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG