Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:42

İcra hakimiyyəti müxalifətə «yox» deyib


Bakı Şəhər İcra Hakimiyyəti AXCP ilə Müsavat partiyasının oktyabrın 10-da birgə mitinq keçirmək müraciətinə mənfi cavab verib.

Müsavat başqanının müavini Tofiq Yaqublunun AzadlıqRadiosuna verdiyi məlumata görə, onlara verilən cavabda şəhər icra hakimiyyəti indiki halda, təbliğat kampaniyası başlamadan aksiya keçirməyin məqsədəuyğun olmadığını bildirib.

Meriyadan cavab gəlməzdən əvvəl isə hər iki partiya mitinqin təxirə salınması barədə qərar qəbul edib. Tofiq Yaqublu bildirir ki, onlar bu ərəfədə «AXCP-Müsavat» seçki blokundan namizədliyini irəli sürənlərə qarşı təzyiqlərin artdığını, onlara müxtəlif problemlər yaradıldığını nəzərə alaraq aksiyanı təxirə salıb.
Hər iki partiyada hesab edirlər ki, mitinqdən blokun qeydiyyatını ləğv etmək üçün bəhanə kimi istifadə oluna bilər. Ona görə də mitinqi təşviqat kampaniyası başlanan dövrə - oktyabrın 17-nə təyin edilib.
Tofiq Yaqublu deyir ki, onların aksiyanı meriyanın cavabından əvvəl təxirə salmalarına baxmayaraq meriyanın mitinq keçirməyi məqsədə uyğun saymaması fikiri ilə razı deyillər.

AXCP ilə Müsavat partiyası bir neçə gün əvvəl Bakı Şəhər İcra hakimiyyətinə müraciət edib oktyabrın 10-da seçki pozuntularına etirazla bağlı paytaxtın mərkəzində aksiya keçirmək istədiyini bildirmişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG