Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:01

Nardaranda etiraz


YENİ ETİRAZ ÜSULU

Nardaran sakinləri kütləvi şəkildə divarlara dini şüarlar yazmaqla həmkəndlilərinin həbsinə etirazlarını bildiriblər.

Nardaranlılar deyiblər ki, Hacı Əli Hüseynovu yalnız kəndin küçə divarlarına dini şüarlar yazdığına görə həbs ediblər.

Etirazçılar Hacı Əli Hüseynovun həbsinə etiraz əlaməti olaraq kütləvi şəkildə küçə divarlarına, kənd meydanına Qurandan sitatlar və dini şüarlar yazıblar.

RÜSTƏMXANLININ ÖLÜMÜNƏ FƏTVA VERƏN YENƏ HƏBS OLUNDU

Nardaran sakinləri Hacı Əli Hüseynovun həbsinə etiraz etməyə hazırlaşırlar.

Kənd ağsaqqalı Natiq Kərimovun AzadlıqRadiosuna verdiyi məlumata görə, sentyabrın 22-də Hacı Əli Hüseynov kənd məscidinə gedən küçədə abadlıq işləri apararkən polis onu maşınına mindirərək aparıb.

Kərimov deyir ki, Hacı Əli Hüseynov abadlıq işləri ilə yanaşı, həm də küçə divarlarına əvvəllər yazılmış dini kəlam və şüarları təzələyirmiş.

Daxili İşlər Nazirliyindən AzadlıqRadiosuna verilən məlumata görəsə, sentyabrın 22-də Sabunçu rayon polisi Hacı Əli Hüseynovu şöbəyə aparıb və baxış zamanı onun üzərindən 4,3 qram heroin tapılıb.

Hacı Əli Hüseynov barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi açılıb. İttiham təsdiqini tapsa, onu üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.

Hacı Əli Hüseynovun həbsi ilə bağlı kənd sakinləri sentyabrın 23-də kənd meydanına toplaşmağı qərara alıblar.

Hacı Əli Hüseynov 2009-cu il yanvarın 9-da Nardaran qəsəbəsində keçirilən mitinq zamanı Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlının öldürülməsi ilə bağlı fətva verdiyinə görə, bir il azadlıqdan məhrum edilib. O, bir neçə ay əvvəl azadlığa buraxılıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG