Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:14

«Deyəcəklər ki, MTRŞ hara baxır…»


MTRŞ-ın sədri Nüşirəvan Məhərrəmli

MTRŞ-ın sədri Nüşirəvan Məhərrəmli

«Bizim yol»: «Deyəcəklər ki, MTRŞ hara baxır…»

«Ramiz Mehdiyevin məqaləsindən sonra Nüşirəvan Məhərrəmli hərəkətə gəldi. Şura sədri: «Efirdə qanlı tüpürcəyin, qadın bezlərinin reklam olunması yolverilməzdir»

Dünən Milli Televiziya və Radio Yayımları Şurasında Prezident Adminstrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin telekanallar barədə təhlili məqaləsi ilə bağlı dəyirmi masa keçirilib. Tədbirdə Ramiz Mehdiyevin «Azərbaycanın efir məkanı: problemlər, vəzifələr» adlı məqalədə qaldırılan problemlərə dair qərarlar da açıqlanıb.

MTRŞ sədri Nuşirəvan Məhərrəmli çıxışında məqalədə qeyd edilən problemlərin ictimaiyyəti narahat etdiyini və bu sahədə mühüm dəyişikliklərə ehtiyac olduğunu deyib. Onun sözlərinə görə, bəziləri teleradio fəaliyyətinə biznes sahəsi kimi yanaşırlar. Televiziyanın əsas funksiyalarından biri cəmiyyətin məlumatlandırılması və maarifləndirilməsidir. Lakin bunlar hamısı əyləndirmə funksiyası ilə paralel həyata keçirilməlidir. Şura telekanalların işinə qarışa bilməz. Amma əfsuslar olsun ki, cəmiyyətimiz şou-bizneslə bağlı verilişlərdən narazılığını bildirir. Və bizə çoxlu zənglər edilir. Biz də qanunun tələblərinə əməl etməyənlərə qarşı tədbirlər görməliyik. Deyə bilərik ki, Azərbaycanın reklam bazarı Gürcüstandan və Ukraynadan iki dəfə geri qalır. Səbəbi xarici reklamvericilər həmin ölkələrə reklamları baha qiymətə satır və onların telekanalları daha çox gəlir götürür. Azərbaycana isə bunu çox aşağı qiymətə satırlar. Halbuki, Azərbaycan iqtisadi cəhətdən inkişaf etmiş, ərazi və əhalicə böyük ölkədir».

N.Məhərrəmli MTRŞ-nın inzibati üsullarla telekanalları nəzarət götürməyin tərəfdarı olmadığını, lakin Milli Teleradio Şurasının məsələyə müdaxilə etməyə məcbur olduğunu da vurğulayıb:

«Əgər belə olmasa, cəmiyyətdə, dövlətdə, MTRS hara baxır» haqlı sualları ortaya çıxır. N.Məhərrəmli bildirib ki, əlavə səlahiyyət verilməsi telkanallardakı özbaşılanılığa son qoyar.

«Azadlıq»: «İlham Əliyevdən təəccüblü tapşırıq»

«İki ildən artıqdır Azərbaycandan köçərək Gürcüstanda yaşayan jurnalist Seymur Əlioğlu «Azadlıq»a ötən gün qarşılaşdığı maraqlı və təəccüblü bir hadisə haqda məlumat verib. S.Əlioğlu bir qədər əvvəl Gürcüstanda artıq azərbaycanlılara vətəndaşlıq verilmədiyini eşidir və bu xəbərin izi ilə Tiflisə gəlir: «Xəbəri dəqiqləşdirmək üçün Gürcüstan Ədliyyə Nazirliyinə mürciət etdim. Nazirlikdən xəbəri təsdiqlədilər və dedilər ki, bu ildən Azərbaycan Respublikasının prezidentinin tapşırığı ilə Azərbaycan vətəndaşlarına bu ölkədə vətəndaşlığın verilməsi dayandırılıb. Bunun hansı səbəbdən edildiyi haqda sualara heç bir izah verilmir».

Yaranan situasiya ilə bağlı jurnalist həmkarımız hüquqşünaslarla da məsləhətləşib. Ona deyiblər ki, Azərbaycan konstitusiyasına görə vətəndaşın yaşayış yerini seçmək hüququ olduğundan Ilham Əliyev Gürcüstanda kiminsə vətəndaşlıq almaq hüququnu məhdudlaşdıra bilməz. Amma çox realdır ki, ölkə başçısı bunu qeyri-qanuni yolla, şəxsi münasibətlərindən istifadə edərək Gürcüstana tapşırıb».

«Yeni Azərbaycan»: «Azərbaycanda fəaliyyət göstərən televiziya kanalları dövlətimizin və cəmiyyətimizin inkişaf tempi ilə ayaqlaşa bilmir. İnsan cəmiyyəti bütün dövrlərdə daim yaradıcı və destruktiv proseslərin, mədəniyyət və antimədəniyyət mübarizələrinin yaratdığı dəyişiklikləri yaşayır. Nəticədə meydana çıxan klassik və ənənəvi, milli və ümumbəşəri dəyərlər cəmiyyətin həyat tərzini və əxlaqını, təfəkkür və intellektini müəyyənləşdirir, onların formalaşmasında əsas rol oynayır.

Dünyada qloballaşmanın sürətlə baş verməsi isə bu prosesə mane olur, daha doğrusu, təbii prosesə çevrilən qloballaşma min illərlə formalaşıb oturuşmuş milli-mənəvi dəyərlərin qorunmasını problemə çevirir. Bu problemi hazırkı cəmiyyətimizin yaşadığı da gizli deyil. Yalnız bir gün vaxt ayırıb telekanalları izləməklə, yəni, milli efir məkanını incələməklə problemin hansı səviyyədə olduğunu aydınca görmək mümkündür.

Teleməkanda «at oynadan» şou-proqramlar və onların nümayəndələri, Azərbaycan mentalitetini dərindən bilməyən və bəlkə də bunu artıq hesab edən aparıcılara geniş meydan verilməsi inkişaf etməkdə olan cəmiyyətimiz üçün dünyada meydan sulayan epidemiyalar qədər qorxulu təhlükə yaradır. Çünki bu epidemiyaların qurbanları cismən yox, mənən aşınmaya məruz qalırlar. Mənəvi aşınma isə istər-istəməz şüuraltı yaddaşın zədələnməsinə, ən pis halda sıradan çıxmasına səbəb olur».

«Yeni Müsavat»: «Araz Ağalarov Bakıdakı layihələrini dondurdu»

«Rusiyada yaşayan məşhur azərbaycanlı biznesmen Araz Ağalarov Azərbaycanda həyata keçirməyi nəzərdə tutduğu iri layihələri dayandırıb. abc.az agentliyinin yaydığı məlumata görə, iş adamının sahibi olduğu «Crocus International» şirkəti Xəzər sahilində, Nardaran və Kürdəxanı istiqamətində beynəlxalq miqyaslı nəhəng turizm zonası yaradılması layihəsini həyata keçirmək fikrindən müvəqqəti daşınıb.Bildirilir ki, Ağalarov maliyyə vəsaitlərinin optimizasiyası üçün belə qərar verib.

Onun şirkətinin əsas diqqəti Rusiyanın Vladivostok şəhəri yaxınlığında dövlət vəsaiti hesabına nəhəng universitet kompleksinin tikintisinə yönəlib. Uzaq Şərq Universiteti adlanacaq həmin obyektin istifadəyə verilməsi 2012-ci ilə planlaşdırılıb, milyardlarla dollara başa gələcək kompleksin açılışında prezident Dmitri Medvedyev də iştirak edəcək və həmin il orada Asiya və Sakit okean hövzəsi ölkələrinin sammiti keçiriləcək».

Günün bütün mövzuları

XS
SM
MD
LG