Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:30

Şairə ölüm fitvası verməkdə təqsirləndirilən şəxs saxlanıb


Hacı Əli Hüseynov

Hacı Əli Hüseynov

Xalq şairi Sabir Rüstəmxanlıya ölüm fitvası verməkdə təqsirləndirilən Nardaran sakini Hacı Əli Hüseynov saxlanıb.

Bu barədə «Azadlıq» radiosuna Məşədi Natiq Kərimov məlumat verib.

«Məni, Hacı Fəyyaz Nəbizadə və onun oğlunu tutmuşdular. Biz şəhərə konfransa gedirdik. Ağa Nemətulla küçəsində saxladılar. Başımıza torba keçirdib harasa apardılar. Bir saat saxlanandan sonra bildik ki, Banditizm və Terrorizmə Qarşı Mübarizə İdarəsindəndirlər. Səhər 10-un yarısında saxlayıb, axşam saat 7-də buraxıblar. Kənddə xəbər tutduq ki, Hacı Əli Hüseynovu buraxmayıblar. Eşitdik ki, Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsi ilə ona cinayət işi qaldırıblar.

S.Rüstəmxanlını yanvarın 9-da Nardaran qəsəbəsində keçirilən piketdə ölümlə hədələyiblər. Hacı Əli Hüseynov Nardaran ağsaqqallarından birinin S.Rüstəmxanlının barəsində ölüm fitvası verdiyini bildirib. O, bunu xalq şairinin İranın «Səhər» kanalına qarşı səsləndirdiyi fikirlərlə əlaqələndirib.

Məşədi Natiq deyir ki, Nardaran sakinlərinin Sabir Rüstəmxanlı ilə problemi yoxdur:

«Biz Sabir müəllimin özü ilə telefonla danışmışıq... Hacı Əli Hüseynov heç bir fitva verməyib. Sadəcə deyib ki, S. Rüstəmxanlı Nardaran barəsində pis sözlər danışır, özündən müştəbeh adamdır. Mitinqlərdə hər cür söz deyilə bilər. İnsanı söz deməyə görə məhkum etmək, ona maddə açmaq olmaz axı...».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG