Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:13
Vəfatının 10-cu ildönümündə Milli Azadlıq Hərəkatının lideri, Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin məzarı önündə onun anım mərasimi keçirilib.

Mərasimdə Müsavat, Xalq Cəbhəsi, Klassik Xalq Cəbhəsi partiyalarının, Demokratiya Uğrunda İttifaqa daxil təşkilatların nümayəndələri, adı çəkilən partiya liderləri, Əbülfəz Elçibəyin qohumları və bir neçə millət vəkili iştirak ediblər.

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı:

«Məzarı önündə Elçibəy haqqında fikirlər, onun ideyalarının hələ də həyata keçməməsi və digər bu kimi çıxışlar oldu, dualar oxundu».

Əbülfəz Elçibəy 80-ci illərin sonundan başlanan azadlıq hərəkatının liderlərindən biri, Azərbaycan Xalq Cəbhəsinin ilk sədri olub. O, 1992-ci ildə Azərbaycanın prezidenti seçilib, 1993-cü ildə hərbi-siyasi qiyamla devrilib.

Əbülfəz Elçibəy 2000-ci il avqustun 22-də Türkiyənin paytaxtı Ankarada vəfat edib, I Fəxri xiyabanda dəfn olunub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG