Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:18

«Elçibəy dünyasını dəyişəndə, onun borclarını Türkiyədəki dostları ödədi»


Əli Kərimli
Əli Kərimli
AXCP sədri Əli Kərimli «İşdən sonra»da Əliyevlərin Dubay yatırımı ilə bağlı fikirlərini bildirərkən belə deyib:

- Burada ən birinci ətrafda heç kimə etibar etməmək, yalnız ailə üzvlərinə güvənmək faktı var. Mənəvi faktor var ki, hakimiyyətdə olan qüvvə artıq həyasızlaşır. Onlar artıq bu sərhədləri tamam aşıblar. Deyirlər ki, tək Əliyevlər deyil, hakimiyyətə kim gəlsə korrupsiya olacaq. Amma Əbülfəz Elçibəy də Azərbaycanın prezidenti olub, hamı gördü ki, o dünyasını dəyişəndə, borclarını Türkiyədəki dostları bağladı. İndi bu insanlar hansı vicdanla deyirlər ki, kim olur-olsun korrupsiya olacaq.

Milli Büdcə Qrupunun nümayəndəsi Zöhrab İsmayılov isə deyir ki, prezident ailəsinə aid olması güman edilən Dubay mülkləri hədiyyə ola bilməz:

- Azərbaycanda bir nəfər də olsun rəsmi milyonçu yoxdur. Rəsmi bir milyonçu yoxdursa, bu mülkləri kim hədiyyə edə bilər? Sözsüz ki, bu Leyla Əliyeva ilə bağlı ola bilər. Amma prezident xarici vətəndaşdan hədiyyə ala bilməz. Hədiyyənin məbləği də müəyyən olunub. Bu, həmin məbləğdən min dəfələrlə artıqdır. Hədiyyə olsa belə, bu rüşvət sayılmalıdır.

Əli Kərimli İlham Əliyevə «Vaşinqton Post» qəzetini məhkəməyə verməyi məsləhət gördü.

PROQRAMI DİNLƏYİN, AGAH OLUN.

/Hazırladı: Gülər Qasımova/

MÖVZUNU ŞƏRH ETMƏK ÜÇÜN BURA DAXİL OL
XS
SM
MD
LG