Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:10

«Əbülfəz Elçibəy öz millətinin fədaisi idi»


«Azərbaycan millətinin daxilində Əbülfəz bəyə çox böyük sevgi var»

«Azərbaycan millətinin daxilində Əbülfəz bəyə çox böyük sevgi var»

Tarixi onun qaydalarını pozanlar yazır və məhz bu cür şəxslərin adı xalqlarının tarix kitablarına qızıl hərflərlə yazılır. Qarşıdan 70 illiyi gələn Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəy belə şəxslərdən idi. Əslində hazırkı hakimiyyətin də Ə.Elçibəyi unutdurmaq istiqamətindəki bütün çabaları məhz bu şəxsin Azərbaycan tarixində bir çox ilklərə imza atmasıdır».


Tarix elmləri doktoru, professor Cəmil Həsənli deyir Ki, «Əbülfəz bəy XX əsr Azərbaycanın milli mücadilə tarixində önəmli rolu olan bir insan olub. O, sovet üsul-idarəsinin tüğyan etdiyi bir dövrdə gənclərin qəlbinə azadlıq toxumunu səpən ziyalılardan biri olub. Bu baxımdan o, Azərbaycanın milli-mücadilə tarixinin önəmli simasıdır».


Professor bu fikirləri «Azadlıq» qəzetinə müsahibəsində deyib: «Azərbaycan tarixində bir çox məsələlər var ki, Əbülfəz bəy ideyalarıyla tarixə nümunə verib. Millətin taleyilə bağlı məsələlərdə necə hərəkət etməli, hansı yolla getməli. 80-ci illərin sonu 90-cı illərin əvvəllərində Azərbaycanda genişlənən azadlıq hərəkatının respublikamızın müstəqillik qazanması ilə nəticələnməsində Əbülfəz bəyin müstəsna xidmətləri var. «Azərbaycan millətinin daxilində Əbülfəz bəyə çox böyük sevgi var».


«ARDNŞ-in ucqar kənddə bir sinif otağına «xərclədiyi» vəsaitə Bakıda 3 otaqlı ev almaq olar»-, bunu «Bizim Yol» yazır. Məqalə «Məktəb tikintisi adı altında talan» adlanır.


«Azərbaycanda məktəb tikintisinə xərclənən vəsaitlərin məbləğinin həddən artıq şişirdildiyi, bu ad altında milyonların korrupsiya yeminə çevrildiyi bundan əvvəl də gündəmə gəlmişdi. Belə ki, bir müddət əvvəl iqtisadçı-ekspertlərin bu istiqamətdə apardıqları araşdırmalar zamanı ortaya olduqca maraqlı faktlar çıxarmışdılar».


«…Araşdırmalar zamanı aydın olan daha bir dəhşətli fakt isə Tovuz rayonunda bir əlavə sinif otağının 84 min manata (təxminən 100 min dollara) tikilməsi idi. Halbuki Bakının Xətai rayonunda tikilən bir əlavə sinif otağının dəyərinin bundan 4.3 dəfə aşağı olduğu meydana çıxmışdı».


«Minilliyin məqsədlərinə uyğun olaraq insan hüquqlarının müdafiəsi, sosial-iqtisadi problemlərin həlli, qanunun aliliyinin təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi demokratik, hüquqi dövlətin başlıca vəzifələridir». Prezident İlham Əliyev ombudsmanların 6-cı Bakı konfransının iştirakçılarına göndərdiyi məktubda belə deyilir. Məlumatı «Azərbaycan» qəzeti yayıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG