Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:35

"Ədəbi Azadlıq": 2-ci tur başa çatdı. Son tur ərəfəsində nəticələr


netbook
netbook
MÜSABİQƏNİN ONLUĞUNA DÜŞƏN HEKAYƏLƏR VƏ MÜSABİQƏYƏ TƏQDİM EDİLƏN DİGƏR ƏSƏRLƏRƏ (SEÇMƏ) KEÇİD LİNKLƏRİ AŞAĞIDA

Azadlıq Radiosunun “Ədəbi Azadlıq” qısa hekayə müsabiqəsində 2-ci tur arxada qaldı.

Azadlıqradiosu.az saytının “Oxu zalı” səhifəsində oxucuların 2 həftədir davam edən səsverməsi mayın 23-ü gecə saat 12-də başa çatdı.

İlk turda Münsiflər Heyətnin üzvləri müəlliflərin adlarını bilmədən 150 hekayədən 10-unu seçmişdilər.

İkinci turda isə öz rəylərini oxucular bildiriblər. Səsvermədə 834 nəfər iştirak edib.

Ən çox səs toplayan üç hekayə bunlardır:

1. "Dovşan qəfəsi" (Aydın Səlimov) – 20,4%
2. "Əli metroda işləyir" (Eyvaz Zeynalov) – 18,3%
3. "Məni anamın yanına aparın haaaaaaaaa......" (Hacı Nərimanoğlu) – 17,7%


Bundan əvvəlki məlumatlarımızda qeyd etmişdik ki, səsvermədə ilk üçlüyə düşməsi müəllifə qaliblərin müəyyən edilməsi zamanı əlavə ballar qazanmaq imkanı verə bilər.

Qaliblər isə məhz 3-cü – sonuncu turda bəlli olacaq.

Bu mərhələdə Münsiflər Heyətinin hər bir üzvünə təklif ediləcək ki, oxucuların rəyi əsasında ilk üçlüyə düşmüş müəlliflərdən hər hansı birinə 3 bal versinlər.

Bundan başqa münsiflərin hər biri oxucuların səsverməsi nəticəsində 4-7-ci yerlərdə qərarlaşan müəlliflərdən hər hansı birinə 1,5 bal, 8-10-cu yerləri tutmuş müəlliflərdən hər hansı birinə isə 0,5 bal verə bilər.

Bütün bunlar əlavə ballardır və həmin ballar ilk turun nəticələrinə, yəni münsiflərin - müəlliflərini bilmədən hekayələrə verdikləri ballara əlavə ediləcək.

Məhz gizli və açıq səsvermənin nəticələrinin cəmlənməsi nəticəsində mükafatçılar bəlli olacaq.

Əlbəttə, oxucuların səsverməsi nəticəsində ilk üçlüyə düşən müəlliflərin müsabiqənin mükafatçısı olmaq imkanları digərlərindən daha artıqdır, amma onluqdakı digər müəlliflər də mükafatçılar sırasına düşmək şansını saxlayır.

Hansısa iştirakçıların eyni bal toplaması halında onlardan oxucuların səsverməsi nəticəsində daha çox faiz toplayan şəxsə üstünlük veriləcək.

Müsabiqə yekunlaşanda onluğa düşən hər bir hekayənin ilk turda əldə etdiyi ballar və son turda qazandığı əlavə ballar ayrı-ayrılıqda açıqlanacaq.

Müsabiqənin nəticələrini iyunun 10-da keçirməyi planlaşdırdığımız mükafatlandırma mərasimində açıqlayacağıq. Münsiflər Heyətinin üzvlərinin kimliyi də həmin mərasimdə açıqlanacaq.

Mükafatlandırma mərasiminə qədər "Oxu zalı" səhifəmizdə əsəri onluğa düşən bütün yazıçılarla tanıtım-müsahibələr də dərc ediləcək.

Bütün iştirakçılara uğurlar!

***

Azadlıq Radiosunun “Ədəbi Azadlıq” qısa hekayə müsabiqəsinin finalçıları - onluğa düşən yazarlar açıqlandı.

Sevinc Pərvanə, "Salavat"
Sahilə İbrahimova,
"Mən deyildim"
Sahilə İbrahimova,
"Avqustun iyirmi üçünə üç gün qalmış"
Reyhan Şıxlı,
"Ağcaqanad"
Eyvaz Zeynalov,
"Əli metroda işləyir"
Hacı Nərimanoğlu,
"Məni anamın yanına aparın haaaaaaaaa......"
Mirmehdi Ağaoğlu,
"Mərəz"
Aysel Şakirqızı,
"Sərdabə"
Abbas Atilay,
"Daun sindromlu hamam"
Aydın Səlimov,
"Dovşan qəfəsi"

(Sıralama əsərlərin müsabiqıyə göndərilməsi tarixi ilədir)

Bu hekayələrə Münsiflər Heyətinin üzvləri müəlliflərini bilmədən səs veriblər və onluq həmin səslərin toplanmasının nəticəsidir. Bir müəllifin onluğa iki hekayəsi düşüb.

Müsabiqəyə təxminən 130 yazar qatılmışdı.

Onluğa düşən əsərlər oxucuların da səsverməsi üçün Azadlıqradiosu.az saytının ədəbiyyat bölümünə - “Oxu zalı” səhifəsinə yerləşdirilir. Səsvermə iki həftə - mayın 23-ə qədər davam edəcək.

Səsvermədə ilk üçlüyə düşməsi müəllifə qaliblərin müəyyən edilməsi zamanı əlavə ballar qazanmaq imkanı verə bilər.

Bundan başqa yekunda münsiflərin seçimi nəticəsində iki və ya daha çox müəllif eyni bal toplayarsa, oxucu səsverməsi zamanı daha çox səs toplayan müəllifə üstünlük veriləcək.

Onu da qeyd edək ki, münsiflər heyətinin işi elə də asan olmayıb. Onlar kifayət qədər sanballı hekayələr arasından ən yaxşılarını seçməklə yanaşı həm də plagiatla mübarizə aparmalı olublar.

İştirakçılardan biri müsabiqəyə məşhur Argentina yazıçısı Xorxe Luis Borxesin hekayələrindən birini Azərbaycan dilinə çevirərək təqdim etmiş (bəzi dəyişikliklərlə), digəri isə Şərq ölkələrinin birinin ədəbiyyatından etdiyi tərcüməni öz əsəri kimi müsabiqəyə göndərmişdi.

Bu məsələdə güzəşt olmasa da, bəzi müəlliflərin əvvəllər çap olunsa da, yenidən işlədikləri, yaxud daha böyük həcmli əsərlərin içindən seçib müstəqil əsər formasına saldığı parçaları müsabiqədə iştirak üçün qəbul etməyə qərar verdik.

Bütün finalçılara uğurlar. Finala düşə bilməyən yazarlarla isə mütəmadi keçirməyi planlaşdırdığımız hekayə, esse və digər müsabiqələrdə yenidən görüşməyə ümid edirik.

Müsabiqəyə təqdim edilən 50 seçmə əsərin ayrıca kitab halında çapı nəzərdə tutulur.

Müsabiqənin mükafatları:

1-ci mükafat - Noutbuk,
2-ci mükafat - Netbuk,
3-cü mükafat - rəqəmsal fotoaparat.

Bundan başqa qaliblərə və onluğa hekayəsi düşən iştirakçılara Azadlıq Radiosunun suvenirləri və müsabiqəyə təqdim edilən hekayələrin çap edildiyi kitabın nüsxələri təqdim ediləcək.

Kitabda hekayəsi çap edilən bütün iştirakçılara bir nüsxə hədiyyə veriləcək.

Mükafatlandırma mərasiminin iyunun 10-da keçirilməsi nəzərdə tutulur, bu barədə tezliklə ətraflı məlimat verəcəyik.

Bütün iştirakçılara uğurlar!

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG