Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 08:21

YAP-çı deputat Dövlət Departamentini tənqid etdi


«Hesabatda göstərilən elə sahələr var ki, ABŞ-da vəziyyət bizdən beş dəfə pisdir»
«Hesabatda göstərilən elə sahələr var ki, ABŞ-da vəziyyət bizdən beş dəfə pisdir»
«Amerika Dövlət Departamentinin İnsan haqlarına dair hesabatındakı fikirlər elə 2005-ci ildəki hesabatdan götürülüb. Sənəd üzərində işlənilməyib»-, bunu parlamentin martın 6-da keçirilən iclasında hakim Yeni Azərbaycan (YAP) partiyasından olan deputat Siyavuş Novruzov deyib.

O, iddia edir ki, Dövlət Departamenti hesabat hazırlayarkən məlumatları hansı mənbələrdən aldığını açıqlamır:

«Hesabatı yazanda ancaq özlərinin qrant verdikləri QHT-lərə əsaslanırlar. Hesabatda göstərilən elə sahələr var ki, ABŞ-da vəziyyət bizdən beş dəfə pisdir. Ədaləti təmsil etmək istəyən dövlət özü ədalətsizlik edir. Bununla da digər dövlətlərin, xalqların hüquqlarını pozur».

Siyavuş Novruzov deyir ki, Dövlət Departamenti hesabat hazırlayanda alternativ mənbə kimi ombudasmanın hesabatına da istinad etsin.

Amerika Dövlət Departamentinin İnsan haqlarına dair illik hesabatında Azərbaycanda insan haqlarının təməl prinsiplərinin: sərbəst toplaşmaq azadlığının, media plüralizminin pozulduğu bildirilir. Jurnalistlərin peşə fəaliyyətinə görə təzyiqlərə məruz qaldığı, həbs edildiyi deyilir. Ölkədə korrupsiyanın geniş yayıldığı vurğulanır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG