Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 17:56

Etiraz edən sahibkarlar yolu bağlamaq istəyiblər


Martın 5-də Binə ticarət mərkəzində çalışan bir qrup sahibkar aksiya keçirib
Martın 5-də Binə ticarət mərkəzində çalışan bir qrup sahibkar aksiya keçirib
Martın 5-də Binə ticarət mərkəzində çalışan bir qrup sahibkar aksiya keçirib. Onlar ticarət mərkəzinin qarşısından keçən yolu bağlamağa cəhd etsələr də, polis buna imkan verməyib.

Sahibkarların dediyinə görə, bir gün əvvəl bütün ticarət köşklərindən icarə pulları yığılıb. Təxminən iki saat sonrasa onlara xəbərdarlıq ediblər ki, martın 9-na kimi mağazaları tərk etsinlər. Hətta iş adamlarına indiki ticarət mərkəzindən bir-iki kilometr kənarda yer də təklif olunub. Amma sahibkarlar deyirlər ki, Binə ticarət mərkəzində 15-20 kvadrat metrlik mağazaya görə, ayda 150-200 manat pul verirlərsə, təklif edilən ərazidə yer haqqı 1000 manatdır. Üstəlik, təklif olunan yerdə işləmək üçün normal şərait də yoxdur:

- Hər yerdə böhrandı, qiymətlər aşağı düşür, amma bizdə icarəni qaldırırlar. 100-150 manatı güclə veririk, 1000 manatı necə verəcəyik?

«Ərim vəfat edib, bütün problemlər mənim üzərimdədir. Gündəlik dolanışığı güclə çıxarıram»
- Qapısı, pəncərəsi olmayan otaqlardı, deyirlər hər şeyi özün elə, sonra da ayda 1000 manat bizə icarə haqqı ver. Mən bunu necə verim, hansı imkanla? Ərim vəfat edib, bütün problemlər mənim üzərimdədir. Gündəlik dolanışığı güclə çıxarıram.

Sahibkarlar deyirlər ki, qışdakı durğunluqdan sonra onlar yazqabağı alverlərinin bir az canlanacağına ümid etdikləri halda, indi onları başqa yerə köçürürlər. Bütün xərclər də sahibkarların böynundadır; yeni tikilən mağazalara qapı, pəncərə qoymağa qədər.

İş adamları deyirlər ki, yaxşı olar ki, onlara 3-4 ay möhlət versinlər və elə Binədən birbaşa Lökbatandakı yeni ticarət mərkəzinə köçürsünlər. İndi 3 mindən artıq sahibkar özlərinin dediyi kimi, yuxarılardan imdad diləyir:

- Yanvar-fevral aylarının icarə pullarını alver olmaya-olmaya ödəmişik. İndi heç olmasa
Sahibkarların dediyinə görə, bir gün əvvəl bütün ticarət köşklərindən icarə pulları yığılıb
dörd ay möhlət versinlər, buranı sökməsinlər, bu böhrandan çıxıb özümüz onların dediyi yerdən gedib yer alaq, alverimizi davam etdirək. Sonra əlimizə pul düşəndə o bahalı yerlərdən götürərik. Lökbatandakı ticarət mərkəzi fəaliyyətə başlayanda isə imkanımız olar orda işləyərik.

Sahibkarlar deyirlər ki, onlar bir çox ölkələrdə olurlar, amma Azərbaycandakı kimi belə qanunsuzluqlara heç yerdə rast gəlmirlər. İş adamları kimə, hara pul verirlər məlum deyil, onların verdiklər vəsaitlər heç bir sənəddə əksini tapmır:

- Biz nə istəyirik, şərait yaratsınlar, normal alver edək, pulumuzu da vaxtı-vaxtında banka köçürək.

Sahibkarlar deyirlər ki, belə hal birinci dəfə deyil ki, baş verir. İndiyə qədər bu ticarət mərkəzində dəfələrlə müəmmalı yanğınlar olub, dəymiş ziyana görə,
«Biz nə istəyirik, şərait yaratsınlar, normal alver edək, pulumuzu da vaxtı-vaxtında banka köçürək»
heç kimə kompensasiya ödənilməyib. Əksinə yanan mağazalar sahibkarların öz hesabına yenidən qurulub.

Binə ticarət mərkəzinin bir hissəsi yeni yol çəkilişilə bağlı hələ ötən il sökülüb. Həmin ərazidən yeni yol çəkiləcəyi bildirlsə də, hələ də ticarət obyektlərinin söküldüyü ərazi boş qalıb.

Sahibkarlar deyirlər ki, o vaxt da həmin köşklərin sahiblərinə xəbərdarlıq edilibmiş. Amma mağazaların çoxu ağır texnikanın köməyilə gecəykən dağıdılıb. İş adamlarının sözlərinə görə, hətta onlara ötənilki hadisəni də xatırladırlar.

Sahibkarların əksəriyyəti deyir ki, onlar prezident seçkisində İlham Əliyevə səs veriblər və indi də istəyirlər ki, üzləşdikləri bu çətinliyin aradan qaldırılması üçün dövlət başçısı onlara yardımçı olsun:

Binəyə bitişik Sədərək ticarət mərkəzində isə hələlik tam başqa ab-hava hökm sürür
- İlham Əliyevə səs vermişəm ki, o da bizim problemlərimizi həll eləsin. Bəs o, niyə bizim bu məsələlərimizə baxmır?

- Mən səs verib prezident, deputat seçmişəm, indi də onlar məni saxlasın.

Ticarət mərkəzinin rəhbərliyi isə hələlik sahibkarların bu etirazına hər hansı münasibət bildirməyib. Bir onu öyrənə bildik ki, etirazlarını rəhbərliyə çatdırmağa çalışanlardan 8 nəfəri danışıqlara dəvət olunsa da, sonradan Buzovna qəzəbəsindəki 2 saylı Polis Bölməsinə aparılıblar. Onlardan iki nəfər buraxılsa da, 6 nəfər hələ də bölmədə saxlanılır.

Binəyə bitişik Sədərək ticarət mərkəzində isə hələlik tam başqa ab-hava hökm sürür. Burda sahibkarlar o qədər də narahat görünmürlər, əksinə hesab edirlər ki, qonşu ticarət mərkəzinin köçürülməsi az da olsa, onların alverinə müsbət təsir edəcək.
XS
SM
MD
LG