Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 21:26

Avropa Birliyi Rusiyaya «bir neçə gün» vaxt verdi


-
Avropa Birliyinin liderləri Rusiya ilə geniş əməkdaşlığa yol açacaq razılaşma və viza anlaşması ilə bağlı danışıqları təxirə salmağa qərar veriblər.

Bu, Rusiyanın Ukraynanın Krım bölgəsinə təcavüzü ilə bağlıdır.

Avropa Birliyinin prezidenti Herman Van Rompuy AB-nin Brüsseldə keçirilən fövqəladə sammitindən sonra bu barədə mətbuata açıqlama verib.

Rompuy deyib ki, Avropa Birliyi onun “Böyük Səkkizliyə”daxil olan üzvlərinin qərarını da dəstəkləyir.

Onlar “Böyük Səkkizliyin” Soçidə keçirilməsi nəzərdə tutulan növbəti toplantısında iştirakdan imtina ediblər.

Rompuy-un sözlərinə görə, əgər Moskva yaxın bir neçə gündə Kiyevlə danışıqlara başlamasa, AB başqa addımları da nəzərdən keçirəcək.

Bunlar səhmlərin dondurulması, səfər qadağaları, AB-Rusiya sammitinin ləğvi və s. ola bilər.

Rompuy onu da deyib ki, AB maydakı prezident seçkilərindən əvvəl Ukrayna ilə Assosiasiya sazişi bağlayacaq.

AB Krımın rusiyayönümlü parlamentinin Krımın statusu haqda referendum keçirmək planını da qanunsuz adlandırıb. Bunun Ukrayna Konstitusiyasına zidd olduğunu bildirib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG