Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 03:38

Krımın separatçı hakimiyyəti martın 16-da referendum elan edir


Rusiyapərəst qüvvələr Krıma gələn BMT nümayəndəsini girob götürürlər
Rusiyapərəst qüvvələr Krıma gələn BMT nümayəndəsini girob götürürlər
Krım Ali Radasının separatçı deputatları yarımadada elan olunmuş referendumun vaxtını martın 16-a keçiriblər.

AzadlıqRadiosu Ukrayna xidmətinin verdiyi xəbərə görə, martın 6-da keçirilən iclasda Kırm parlamentinin Kiyevə tabeçilikdən imtina edən deputatları referendumunun əvvəl elan olunan tarixdən 2 həftə əvvələ keçirilməsi haqda qərar veriblər.

Krımın rus separatçıları bir həftə ərzində referendumun əvvəl mayda, sonra martın sonunda və martın 25-də keçirilməsi haqda müxtəlif qərarlar çıxarmışdılar.

Ukraynanın yeni hakimiyyəti Krım Ali Radasının referendum keçirmək haqda qərar səlahiyyətlərinin olmamasını bildirir, separatçıarln liderlərinə qarşı cinayət işi acıb.

Krıma isə faktiki olaraq Rusiya silahlı qüvvələri nəzarət edir. Onlar Ukraynaya sadiq hərbi birləşmələrini mühasirədə saxlayır, müxrəlif yollarla onları Rusiyanın tərəfinə keçməyə təheik edirlər.

Krımda referenduma 2 sual çıxarılması nəzərdə tutulur "Kırımın Federasiya subyekti kimi Rusiya Federasiyasının tərkibinə daxil olmasının lehinəsənmi?" və "Krım Konstitusiyasının 1992-ci il redaskiyasına qaytarılmasını istəyirsənmi?"
XS
SM
MD
LG