Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:52
ABŞ prezidenti Barak Obama “Ukraynanın ərazi bütövlüyü və suverenliyinin pozulması və Ukrayna xalqına məxsus sərvətin oğurlanmasına görə məsuliyyət daşıyan” fərdlərə, qurumlara qarşı sanksiyaların tətbiqinə icazə verən sərəncam imzalayıb. Sərəncama əsasən, ABŞ Dövlət Departamenti də müəyyən fərd və rəsmilərin səfərlərinə məhdudiyyət qoyub.

Obama deyib ki, ABŞ bu addımı Rusiyanın və Krımdakı vəziyyətə görə məsuliyyət daşıyan başqa təsisatların buna görə cavabdehlik daşıması üçün atır. Prezident qeyd edib ki, bu sanksiyaların davamının olub-olmayacağı Rusiyanın növbəti addımlarından asılı olacaq.

ABŞ prezidenti bildirib ki, demokratik dövlət rəhbərlərinə saymazyana yanaşıb hansısa sərhədləri təzədən cızmaq dövrləri çoxdan keçib.

Onun sözlərinə görə, Krıma beynəlxalq müşahidəçilərin daxil olmasına şərait yaradılmalı və onlar yerli əhalinin, o cümlədən rusların hüquqlarının vəziyyətini araşdırmalıdırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG