Bazar ertəsi, Dekabr 22, 2014 Bakı vaxtı 05:59

Siyasət

Gülər Əhmədova həbs edildi - [Video]

Səbail Rayon Məhkəməsi önündəi
|| 0:00:00
...  
🔇
X
13.02.2013
Səbail Rayon Məhkəməsində keçmiş deputat Gülər Əhmədovanın məhkəməsi olub. Onun barəsində həbs-qətimkan tədbiri seçilib
Səbail Rayon Məhkəməsi önündə
-

Keçmiş deputat Gülər Əhmədova Bakı İstintaq Təcridxanasına aparılıb.

Bu barədə onun vəkili Eldar Qədimi məlumat verib.

GÜLƏR ƏHMƏDOVANIN HƏBSİYLƏ BAĞLI RƏSMİ AÇIQLAMA

Respublika Prokurorluğu Gülər Əhmədovanın həbsi ilə əlaqədar rəsmi məlumat yayıb.  

Respublika Prokurorluğu bildirir ki, keçmiş millət vəkili Gülər Əhmədova barədə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 307.2-ci (Qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə təqsirləndirilən şəxs kimi məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bu ittihamlar sübut olunsa, keçmiş millət vəkili, hakim Yeni Azərbaycan Partiyasının fəal üzvlərindən olan Gülər Əhmədova əmlakı müsadirə olunmaqla 7 ildən 12  ilədək müddətə azadlıqdan məhrum edilə bilər.  

Prokurorluq bildirir ki,  Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən Gülər Əhmədova ilə bağlı kütləvi informasiya vasitələrində yayımlanmış videoçəkilişlərdə əks olunan məlumatlar əsasında toplanmış material üzrə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb:

"İstintaqla müəyyən edilib ki, G.Əhmədova külli miqdarda özgə əmlakını ələ keçirmək məqsədi ilə 2005-ci ilin oktyabr-noyabr aylarında tanışı Sevinc Babayeva ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə sonuncunun vasitəsi ilə Azərbaycan Beynəlxalq Universitetinin rektoru vəzifəsində işləmiş E.Abdullayevlə görüşərək ona qarşı olan etibarından sui-istifadə etməklə E.Abdullayevə deputat seçilməsinə köməklik edəcəyi barədə yalan vədlər verib aldadaraq 1.000.000 (bir milyon) ABŞ dollarını ələ keçirməklə dələduzluq edib."

Prokurorluq rəsmi məlumatında qeyd edir ki, Gülər Əhmədova həmçinin S.Babayevanın haqqında başqasının əmlakını mənimsəmə ittihamı ilə cinayət işi olduğunu bilə-bilə keçən il sentyabrın 26-da onun Azərbaycandan Türkiyəyə yola salıb. Belə ki, Respublika Prokurorluğuna görə Gülər Əhmədova 2007-ci ilin mayın  vətəndaş Namiq Əliyev və başqalarının etibarından sui-istifadə etməklə dələduzluq yolu ilə külli miqdarda özgə əmlaklarını ələ keçirmə ittihamı S.Babayevaya qarşı cinayət işi açıldığını bilirmiş.

Gülər Əhmədovanın məhkəmə prosesi zamanı Səbail rayon Məhkəməsinin önüGülər Əhmədovanın məhkəmə prosesi zamanı Səbail rayon Məhkəməsinin önü
x
Gülər Əhmədovanın məhkəmə prosesi zamanı Səbail rayon Məhkəməsinin önü
Gülər Əhmədovanın məhkəmə prosesi zamanı Səbail rayon Məhkəməsinin önü
Buna baxmayaraq, millət vəkili başqa adamın adıyla S.Babayevanı Azərbaycandan kənara çıxarıb: "Şəxsi münasibətlərinə görə 26 sentyabr 2012-ci il tarixdə onu Bakı Hava Limanından İstanbula yola salmışdır. Qabaqcadan aralarında olan razılaşmaya əsasən tanışı - Türkiyə Respublikasının vətəndaşı Selcuk Ağlayan onun xahişinə əsasən S.Babayevanı qarşılayaraq İstanbulda Meryem Solmaz adı ilə 26 dekabr 2012-ci il tarixə kimi qeyri-leqal yaşamasını təşkil edib. Həmin müddətdə onun Türkiyə Respublikasında yaşamasını maliyyələşdirməklə S.Babayevanın tutulmasına aktiv mane olub qabaqcadan vəd etmədən ağır cinayəti gizlədib" - deyə rəsmi məlumatda bildirilir.

SƏBAİL MƏHKƏMƏSİNİN HƏBS QƏRARI

Səbail rayon Məhkəməsi frevralın 13-ü axşam keçmiş deputat Gülər Əhmədovanın 3 ay müddətə həbs edilməsi barədə qərar çıxarıb.

Prosesdən çıxan keçmiş deputatın qardaşı İlqar Mikayıloğlu müxbirimizin suallarını cavablandırmayıb.

Məhkəmə nəzarətçiləri isə bildiriblər ki, hakim həbs qərarını elan etdikdən sonra Gülər Əhmədovanı məhkəmə binasının arxa tərəfindəki qapısından konvoyların nəzarəti altında istintaq təcridxanasına aparıblar.

Məhkəmə binasının ətrafındakı polis əməkdaşları və Gülər Əhmədovanın qohumları binanın qarşısını tərk ediblər.

Elşad Abdullayev: Məndə elə videolar var ki...

2012-ci il sentyabrın 25-də Beynəlxalq Universitetin sabiq rektoru, Fransada mühacirətdə olan Elşad Abdullayev rüşvətlə deputat mandatının alınmasından bəhs edən video yayıb.

Videoda Gülər Əhmədova olduğu iddia edilən bir qadın deputat mandatı üçün 1 milyon manat tələb edir. Videoda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin də adı çəkilir.

Ramiz Mehdiyev videoda onun bərəsində danışılanları inkar edir. Gülər Əhmədova da  videonu montaj hesab edir.

Videoçəkilişlərdə əks olunan məlumatlarla əlaqədar Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.

Bu ittiham sübut olunsa, günahklar əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (3)
    Növbəti 
Kimdən: alimden Haradan: quyudan
12.03.2013 23:51
bela memurlari depdatlari mehkemesi ve adaleti olan olkenin raketi goya qalxanda goyden dash dushmesin ne dushsun axi ? ALLAH axirin xeyirli elasin.

Kimdən: ezize Haradan: baki
22.02.2013 01:16
inanduz???)))yeni onu tutacaqlar?))))onu girov goturduler...elinde olan kompromatlara gore..elinden elib sonrada davay dosvidaniya..Fatehesini oxuyacaqlar)))..

Kimdən: İntiqam
14.02.2013 20:50
Təbriklər Elşad müəllim.Birinin üstündən "quş" qoydun.Axıradək mübarizə apar.İnkan vermə qardaşının qanına əli bulananlar azadlıqda gəzsin.

Kimdən: lala Haradan: bak;
14.02.2013 16:26
düzdü, bir deputatın tutulmağıyla işlərimiz düzəlməyəcək. amma Allah keçsin ğünahımdan, mən sevindim. Məncə bizde bütün proseslər o qədər zəncirvari gedir ki, bir məmuru isden çıxarmaq da prezidentdən cəsarət istəyir. Bu nə oyundu, bilmirəm, amma təki Azərbaycanda vətəndaş müharibəsi yaratmaq istəyənlərin barmağı olmasın.

Kimdən: elmar veten Haradan: baki
14.02.2013 13:25
gozden perde asmaqcun yeni oyun.seviyesiz 'adamlar'.ILQAR mikayiloglunun (gulerin qardasi) 2 hefte evvel ANS deki verilisinde dediyi soz yadima dusdu ; '' azerbaycanda yasadigimiza gore şükür edün eeee. xaricde hansi olkede bir soz dedün tutub basirlar iceri.ala, bizde bele sey yoxdu sukur edun'' bes ne oldu MIKAOGLU bacin niye tutuldu ? bu arada MIKAYLOGLUNUN 1 dene de 'vetenperver' cixisini yazacam bele demisdi;''ala, mene lazim idi ki, gedim agdamda 1992-de vurusum yaralanim,sonra da gunel mene bele elesin?'' sebeb ise bu idi ki gunel ilqarin verilisine gelmekden imtina etmisdi gunel agdamli oldugu ucun de ilqardan bele PANYATKALI cumle cixdi

Kimdən: ordan Haradan: burdan
14.02.2013 10:37
Uçdu göylere(Gülere) bizim peykimiz))))

Kimdən: demokrat Haradan: kiyev
14.02.2013 10:31
amma qardawi ilqar mikayiloqlu cox yaxwi verlis aparir,yeqin onu da ans den qovarar.axi anzdekiler cox vetenperverdiler,onlar rusvetin,yaltaqliqin ne olduqun bilmir axi!!!

Kimdən: Aristokrat Demokrat Haradan: Absurdistan
14.02.2013 10:23
"Hormetli" Bosh Prokurorluq, Guler xalanin 1 mln dollar almasi onemli deyil, onu hami bilir, bu pullari kimin uchun alib, ozunu kime "feda" edib onu arashdirmaq lazim idi!

“Hormetli” mehkeme, demeli, 1 mln $ alana 2 ay hebs dushur! Bizim "edaletli" mehkemelerimizin tebirince, 16 min 666 $ rushvet alana ise 1 gun, 694 $ rushvet alana ise 1 saat hebs dushur! "Eshq" olsun, "edaletli" mehkememizin "edaletine"! Bu cur biz hara inteqrasiya edeceyik, onu yaradanin hech ozu de bilmir! Hormetle, ADA
Cavab

Kimdən: Anonim
15.02.2013 01:08
3 ayliq hebs qeti imkan tedbiridi yeni muveqqeti sora heqiqi cezasin verecekler

Kimdən: Zaur Haradan: russia
14.02.2013 08:53
bu hakimiyyetin icerisinde en az cinayet emelleri olan gulercikdir,gorun ramiznen,ilhamin belinde ne qeder cinayet iwleri var..."mikayil"-cikin sesi gelmir...ramiz atdi gulere....

Kimdən: bakili Haradan: baki
14.02.2013 06:10
azadliq radiosu Evez Zeynalliya gore cox dilxoram hec onu tanimiram tesevvur edin qadina tecavuz edene adam oldurene hec bu qeder is dusmur ALLAHDAN dileyim guler ehmedovaya etdiyinden 2 iki qatini versin bu cur hokumet olar qanunla qohumlar ve yaxin olanlar sahidlik ede bilmezler amma gulerin sahidleri ancaq qohumlaridir ALLAHIM adaleti tecelli etdir
Səhifə (3)
    Növbəti 

Oxumaq məsləhətdir...