Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:55
-
Oktyabrın 11-də sabiq deputat, YAP üzvü Gülər Əhmədova «Facebook» profilində bəyanat yayıb. Bəyanatda deyilir:

«Mən iki gün öncə yaydığım rəsmi bəyanatda bildirmişdim ki, istintaqa kömək etmək məqsədilə öz deputat mandatımdan imtina etdim və istintaqda ifadəmi verdim. Bundan sonra KİV və ictimaiyyətə heç bir açıqlama verməmək barədə vəd verdim. Lakin daha sonrakı müşahidələrim göstərdi ki, bəzi həmkarlarım mənim barəmdə təhqir, şeir və iftira yağdırmağa başladılar. Bununla həmin insanlar istintaqın gedişinə mane olur, istintaqın istiqamətini yanlış yönə çevirməyə çalışırlar. Mən barəmdə səslənən təhqirlərə dözmək fikrində deyiləm. Həmin insanlara üzümü tutub deyirəm ki, mənim ağzımı açdırmasınlar. Mən danışsam, həmin təhqirləri yağdıran insanlar çox peşman olacaqlar».

Sabiq deputat Prezident İlham Əliyevi onu mənəvi və fiziki repressiyalardan qorumağa çağırır:

«Sonda Cənab Prezidentə müraciət edirəm. Sizin nəzarətinizdə olan istintaq prosesi bitməmiş Sizin sədr olduğunuz partiyanın üzvləri mənim barəmdə təhqir dolu açıqlamalar səsləndirir və məni doğma partiyamdan xaric etməklə hədələyirlər. Mən artıq millət vəkili deyiləm. Bir qadın və ana olaraq, məni və ailəmi bu mənəvi və fiziki repressiyalardan qorumağınızı Sizdən rica edirəm».

G.Əhmədovanın evindən isə AzadlıqRadiosuna onun vəziyyətinin pisləşdiyini və danışa bilmədiyini deyiblər.

Sentyabrın 25-də deputat G.Əhmədovanın hazırda Fransada yaşayan sabiq universitet rektoru Elşad Abdullayevdən rüşvət istəməsi iddia olunan video yayılıb.

2010-cu ildə 34 saylı Xətai ikinci seçki dairəsindən deputat seçilən G.Əhmədova video yayılandan sonra Milli Məclis sədrinin adına ərizə yazaraq mandatından imtina edib. O, bunu istintaqın obyektiv araşdırılmasına köməklik etmək niyyəti ilə əlaqələndirib.

Video işi Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (külli miqdarda ziyan vurmaqla dələduzluq) ilə araşdırılır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG