Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:58

Gülər Əhmədovanın deputatlığına xitam verildi


Gülər Əhmədova
Gülər Əhmədova
-
Oktyabrın 3-də Mərkəzi Seçki Komissiyası (MSK) deputat Gülər Əhmədovanın mandatından imtina etməsi haqda ərizəsinə baxıb.

MSK G.Əhmədovanın deputatlığına xitam verib.

Sentyabrın 25-də deputat G.Əhmədovanın hazırda Fransada yaşayan sabiq universitet rektoru Elşad Abdullayevdən rüşvət istəməsi iddia olunan video yayılıb.

2010-cu ildə 34 saylı Xətai ikinci seçki dairəsindən deputat seçilən G.Əhmədova video yayılandan üç gün sonra Milli Məclis sədrinin adına ərizə yazaraq mandatından imtina edib. O, bunu istintaqın obyektiv araşdırılmasına köməklik etmək niyyəti ilə əlaqələndirib.

Video işi Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (külli miqdarda ziyan vurmaqla dələduzluq) ilə araşdırılır.

MSK-da müzakirədən sonra G.Əhmədovanın yerinə seçki keçirilib-keçirilməməyi bəlli olacaq.

Bu barədə AzadlıqRadiosuna MSK sədri Məzahir Pənahov bildirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG