Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:00

Gəncləri «Xocalıya ədalət» deməyə qoymadılar [VİDEO]


Gəncləri «Xocalıya ədalət» deməyə qoymadılar
Gözlə

No media source currently available

0:00 0:04:02 0:00

Gəncləri «Xocalıya ədalət» deməyə qoymadılar

Fevralın 26-da polis gənclərin Nizami küçəsində Xocalı ilə bağlı yürüşünə icazə verməyib. Polislə aksiyaçılar arasında qarşıdurma yaranıb. Bu haqda AzadlıqRadiosuna aksiya iştirakçılarından biri, «Dalğa» Gənclər Təşkilatının üzvü Pərviz Əzimov deyib. Onun sözlərinə görə, gənclərdən bir neçəsini polis döyüb:

«Biz sadəcə «Xocalıya ədalət» devizi altında aksiya keçirməyi düşünürdük. Qoymadılar».

AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlı deyir ki, polis gənclərdən Bəyim Həsənliyə, Toğrul İbrahimə və Dadaş Sadıqlıya əl qaldırıb:

«70-dək gənc Nəsimi heykəli yaxınlığında toplanıb dinc aksiya keçirmək istədik. Biz sadəcə plakatlar tutacaqdıq. İcazə verilmədi. Məcbur qalıb başqa küçəylə yürüş etdik. Bu zaman yenə qarşımızı polis kəsdi. Biz yerdə oturduq və himni oxuduq. Hətta yoldan keçən paytaxt sakinlərindən də bizə qoşulan oldu. Beləcə aksiya başa çatdı».

Aksiyanın təşkilatçısı Gənclərin Hüquqlarını Müdafiə Komitəsidir. Komitədə bir neçə gənclər təşkilatı birləşib.
XS
SM
MD
LG