Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:23

Bakıda yürüş keçirilib [VİDEO]


Xocalı faciəsinin 20-ci ildönümü anıldı
Gözlə

No media source currently available

0:00 0:05:09 0:00

Xocalı faciəsinin 20-ci ildönümü anıldı

Fevralın 26-da Xocalı faciəsinin 20-ci ildönümündə Bakıda yürüş keçirilib.

Müxalifətçilərin yürüşü başa çatıb. “Ana Harayı” abidəsi önündə toplanan müxalif düşərgənin təmsilçiləri birgə Azərbaycanın dövlət himnini oxuyublar. Müxalifət liderləri İsa Qəmbər və Əli Kərimli çıxış ediblər. AXCP sədri Əli Kərimli çıxışında “Bu faciəni törədənlər cəzalandırılmalıdır. Onlara ən böyük cəza Qarabağın azad edilməsi olar” deyib.

Yürüş iştirakçıları artıq dağılmağa başlayıblar.

***
Yürüş iştirakçıları Azərbaycan himni oxuyublar.


Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “Ana harayı” abidəsi önünə əklil qoyub.

“Ana harayı” abidəsi qarşısından AzadlıqRadiosunun çəkilişi

“Ana harayı” abidəsi qarşısından AzadlıqRadiosunun canlı yayımı


Yürüşdə iştirak edən baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də abidə önünə çiçək qoyublar.
Yürüşdə Milli Məclisin deputatları, nazirlər, komitə və şirkətlərin rəhbərləri, diplomatik korpusun nümayəndələri, dini konfessiyaların başçıları, sağ qalmış Xocalı sakinləri də iştirak ediblər. Onlar da fəxri qarovulun düzüldüyü abidə önündə baş əyərək əklil qoyublar.
“AzərTAC” xəbər verir ki, aksiyada 60 mindən çox insan iştirak edib. Yürüşün keçdiyi prospekt və küçələrdə 20 il əvvəl baş vermiş hadisələrin əks etdirən fotoşəkillər, qurbanların adları yazılmış transparantlar tutan gənclər düzülüb. Transparant və plakatlarda həm də faciənin təqsirkarlarından cavab tələb etmək, onları cəzalandırmaq, hadisəyə beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət vermək barədə çağırışlar yazılıb.

***
AzadlıqRadiosu bu aksiyanı canlı yayımlayır.
20 il öncə - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın Xankəndidəki 366-cı motoatıcı alayı ilə birgə Xocalı şəhərini işğal edib. Blokadada qalan Xocalı sakinləri gülləbaran edilib.
Rəsmi məlumatlarda həmin vaxt 613 nəfərin öldürüldüyü deyilir. Ölənlərin 63-ü uşaq, 106-ı qadın, 70-i yaşlı olub. 8 ailə isə tamam məhv edilib. Həmçinin 487 nəfər yaralanıb, onlardan 76-ı uşaqdır. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərin taleyi bu günədək məlum deyil.
25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.
Rəsmi hesablamalara görə, Xocalının işğalı nəticəsində Azərbaycan dövlətinə və vətəndaşlarına 140 milyon manatdan artıq ziyan vurulub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG