Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:55

Sarkisian Xocalı qırğını barədə danışır


Ermənistanın prezidenti Serzh Sarkisian Qarabağdakı erməni əsgərləri arasında. 12 noyabr 2010.
Ermənistanın prezidenti Serzh Sarkisian Qarabağdakı erməni əsgərləri arasında. 12 noyabr 2010.
-

Ermənistanın prezidenti Serzh Sarkisian bu barədə Qarabağ münaqişəsindən bəhs edən “Qara bağ” kitabının müəllifi, məşhur jurnalist Thomas de Waala verdiyi müsahibədə deyir.

Hələ Ermənistanın Müdafiə naziri olarkən – 2000-ci il dekabrın 15-də verdiyi müsahibəsində S
arkisian Xocalı qırğınında SSRİ-nin 366-cı alayının iştirakı ilə bağlı suala da cavab verir. Müsahibənin Xocalıya aid olan hissəslərini təqdim edirik.

Thomas de Waal: Məndə olan məlumatlara görə, 366-cı alay sizə Xocalıda kömək edib. Bundan başqa da 1992-ci ilin sentyabrında Azərbaycanın hücumunun qarşısını almaq üçün rusların yardımı olub.

Serzh Sarkisian: Mən 366-cı alayın bəzi zabitlərinin müəyyən mənada iştirakını inkar etmirəm, amma birincisi, bu alay bizə deyil, özlərinə kömək edirdi, çünki azərbaycanlılar “Qrad”la təkcə bizə deyil, 366-cı alaya da zərbə endiriblər. Odur ki, qoy onlar öz əməlləri barədə düşünsünlər.

İkincisi, 366-cı alayda çox sayda erməni zabiti var idi, onlar komandanlıqdan xəbərsiz bizə kömək edə bilərdilər. Və belə də etdilər. Qarabağ ordusunun hazırkı komandanı, general-leytenant Seyran Ohanyan (Ermənistanın indiki müdafiə naziri – red.) orada batalyon komandiri idi. O bizə necə kömək etməyə bilərdi? Amma bir, iki və ya üç zabit bizə kömək edibsə, bunun 366-cı alayla heç bir əlaqəsi yoxdur

O ki qaldı başqa rusların bizə yardım etmələrinə, bunlar uydurmadır, inanmayın. Bizdə bircə rus vardı, Anatoliy Zineviç, o da pensiyaya çıxmışdı. Ermənistanın Müdaifə Nazirliyində məsləhətçi idi. O, 1992-ci ilin yayında genral Xristofor İvanyan və Vazgen Sarisianla birlikdə üç günlüyə mənim yanıma gəlmişdi. Sona qədər də yanımda qaldılar. İnanmazsınız, amma orada heç bir rüs yox idi.

Yəni, azərbaycanlıların tərəfində rus azmı olub? 1992-ci ilin mayında o tankalrı sürənlər kimlər idi? Mən o rus əsgərlərini öz gözlərimlə görmüşəm. Başqa muzdluları yox idimi? Şamil Basayev orada deyildimi?

Thomas de Waal: Ordunun peşəkarlaşma dərəcəsindən danışırıqsa, mən də Xocalı ilə bağlı sual vermək istəyirdim. Çünki heç kim çox sayda azərbaycanlının Xocalıdan qaçarkən həlak olduğunu və bunun Əsgəran yaxınlığındakı hansısa Qarabağ dəstələrinin işi olduğunu inkar etmir. Amma niyə siz bunu peşəkar Qarabağ əsgərlərinin deyil, qəzəblənmiş insanların törətdiyini deyirsiniz?

Serzh Sarkisian: Bilirsiniz, belə şeylər haqqında açıq danışmırlar. Nə demək mümkündürsə, onu deyirlər. Mən də belə edəcəm.

Birincisi, Azərbaycanın keçmiş rəhbəri (Ayaz Mütəllibovu nəzərdə tutur – red. ) deyirdi ki, bunu törədənlər ermənilər deyil, azərbaycanlılar özləri idi. Amma deyim ki, həqiqət başqa ola bilər.

Xocalı bir vaxtlar bütün Qarabağı boğaza yığmışdı. Orada aeroport var idi, Ermənistanla yeganə əlaqəmiz də hava nəqliyyatı ilə idi, orada da “OMON” var idi, nə isə araşdırırdılar, çox sayda insanları həbs edirdilər.

Bundan başqa, demək olar ki, Stepanakertin (Xankəndinin - red.) tam yaxınlığında yerləşən Xocalı sakinləri oranı atəşə tuturdular.

Amma zənnimcə, əsas məsələ başqa şeydədir. Xocalıya qədər azərbaycanlılar bizimlə sadəcə zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu düşüncələri dəyişmək lazım idi. Belə də oldu.

Bu gənclərin arasında Bakıdan, Sumqayıtdan qaçanlar da olduğunu nəzərə almaq lazımdır.

Baxmayaraq ki, mənim fikrimcə, çox, lap çox şey şişirdilib.

Azərbaycanlılara hər hansı yeri Sumqayıtla eyniləşdirmək üçün bəhanə lazım idi. Amma onları heç cür müqayisə etmək olmaz.

Bəli, Xocalıda da həqiqətən dinc əhali var idi. Eyni zamanda dinc əhali ilə birgə əsgərlər də var idi. Amma mərmi uçarkən dinc sakini əsgərdən fərqləndirmir, onun gözü yoxdur. Getmək üçün gözəl imkan olmasına baxmayaraq dinc əhali orada qalırsa, deməli, o da döyüş əməliyyatlarında iştirak edir...

Və orada dəhliz ondan ötrü qoyulmamışdı ki, onları hardasa güllələsinlər. Ağdamın girəcəyində deyil, Xocalıda da güllələmək olardı.

Thomas de Waal: Mənə elə gəlir ki, sadəcə olaraq siz adətən dəhliz qoyurdunuz ki...

Serzh Sarkisian: Bu, əsasən Xocalıdan sonra belə oldu. Çünki əslində bizim müharibəmiz başqalarından bir qədər fərqlənirdi. Bizdə elə alındı ki, müəyyən etnik təmizləmə gedirdi. Başqa cür ola da bilməzdi.

Amma bu metodu biz düşünmədik. Bunu Hadrut (Xocavənd – red.) və Şuşa rayonlarından öz milislərinin köməyi ilə bizimkiləri qovarkən onlar düşündülər.
XS
SM
MD
LG