Çərşənbə axşamı, Fevral 07, 2012 Bakı vaxtı 21:38

Verilişlər / Kontekst

«Diffamasiya qanun»u niyə qəbul edilmir?

Əli Həsənov
Şriftin ölçüsünü dəyiş - +
«Diffamasiya haqqında» qanunun qəbul edilməsi üçün cəmiyyət ciddi hazırlıq mərhələsi keçməlidir. Cəmiyyətdə insanların məsuliyyəti artırılmalı, əlində qələm olan, ictimai həyatın davranış normalarına təsir imkanı olan insanların vətəndaş hüquqlarına hörmətlə yanaşması prinsipləri formalaşdırılmalıdır».

Bunu Prezident Administrasiyasının (PA) İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyir. O hesab edir ki, Azərbaycan dövləti «Diffamasiya haqqında qanun»u qəbul etməyə hazırdır. Lakin Azərbaycan cəmiyyəti hələ buna hazırlıq mərhələsini başa vurmayıb.

CƏMİYYƏT BUNA HAZIRDIRMI?

Cənab Həsənovun bu fikrinə münasibət birmənalı deyil. Bununla razılaşanlar da var, razılaşmayanlar da.

İqtidaryönlü «Səs» qəzetinin baş redaktoru Bəhruz Quliyev deyir ki, həqiqətən də bu gün Azərbaycanın cəmiyyəti və mediası bu qanunun qəbuluna hazır deyil.

Bəhruz Quliyev onu da ki, o bir jurnalist kimi əslində medianın və cəmiyyətin tərəfində dayanmalıdır. Ancaq əfsuslar olsun ki, diffamasiya haqqında qanunun qəbul edilməsinə Azərbaycanda yalnız Mətbuat Şurasının və rəsmi strukturların hazır olması yetərli deyil. İlk növbədə mətbuat və cəmiyyət buna hazır olmalıdır.

CƏMİYYƏTDƏ MƏSULİYYƏTLİ DAVRANIŞ

Əli Həsənov bu barədə danışarkən onu da deyib ki, dövlət strukturları dəfələrlə bəyan edib ki, diffamasiya haqqında qanununu qəbul etməyə hazırdırlar. Ancaq onun fikrincə, ümumiyyətlə, cəmiyyətdə məsuliyyətli davranış, nizam-intizam formalaşdırıldıqdan sonra qəbul olunmalıdır.

«Həm jurnalistlər, həm də informasiya mənbəyinə malik olan dövlət qurumları, bütövlükdə insanlar diffamasiya qayda-qanunlarına alışmalıdır».

Azər Əhmədov
«Azadlıq» qəzetinin direktoru Azər Əhmədov isə bildirir ki, cənab Əli Həsənov müxtəlif vaxtlarda diffamasiya haqqında qanunun qəbul olunmamasını müxtəlif səbəblərlə izah edib. Sonuncu dəfə o 2009-cu ildə Avropa Şurasının nümayəndələrinə artıq qanun layihəsinin tezliklə müzakirəyə çıxarılacağını bildirmişdi. İndi isə deyir ki, cəmiyyət və media buna hazır deyil.

MƏSƏLƏNİN KÖKÜ NƏDƏDİR?

Azər Əhmədov hesab edir ki, indiyədək Azərbaycanda diffamasiya haqqında qanunun qəbul olunmamasının əsas səbəbi mövcud iqtidarın azad sözü, fərqli düşüncəni sadəcə nifrət etməsidir. Məsələnin kökü bundadır.

Beynəlxalq insan hüquqları təşkilatları Azərbaycanda jurnalistlərin həbsinin dəfələrlə pisləyən bəyanatlar veriblər və Cinayət Məcəlləsindən diffamasiya ilə bağlı maddənin götürülməsini istəyiblər.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Müəllim Haradan: BazaraÇevrilmişÖlkə
07.02.2010 21:28
"Azadlıq" radiosu, xahiş edirəm siz də bu iqtidarın nümayəndələri kimi bizim fikirlərə subyektiv müdaxilələrinizlə, yersiz senzura ilə özünüzü nüfuzdan salmayın camaatın gözündə. Aydın məsələdir ki, sizin "boss"lar da müəyyən çərçivələr qoyublar. Amma mən heç vaxt əndazəni aşmıram, sadəcə, onların barəsində yazanda onların layiq olduqları stildən və leksikondan istifadə edirəm və yazı etikasını pozmuram. Sizxnin isə yanaşmanızı, sadəcə, anlaya bilmirəm..
Cavab

Kimdən: Moderator
07.02.2010 23:34
Səviyyəsiz, savadsız, yaltaq və bu kimi sözlər təhqir hesab olunur...

Kimdən: Müəllim Haradan: BazaraÇevrilmişÖlkə
07.02.2010 18:29
Əvvəla, Əli Həsənaz (bu cür soy göstəricisini bizə o özü təkilf edib və mən çox istərdim ki, bu ilkin olaraq elə onun öz soyadında sınaqdan çıxarılsın) desin görək qəbul edilmiş hansı yeni, mütərəqqi qanununmuza iqtidardakılar axıra kimi əməl edir.

İkincisi, Əli Həsənaz hansı haqq ilə xalqı, cəmiyyəti aşağılayır? Kim ona bu səlahiyyəti verib? Bu xalq kifayət qədər normal bir xalqdır və istənilən qanun, o cümlədən də "Diffamasiya haqqında Qanun" normal şəkildə tətbiq oluna bilər. Yetər ki, iqtidar saxtakarlıq etməsin, iqtidardakılar özləri bu qanunlara əməl etsin. Cəmiyyətin səviyyəsində heç bir problem yoxdur, problem Əli müəllimin təmsil etdiyi komandadadir...

Kimdən: REALİST Haradan: BAKI
06.02.2010 15:09
Ay millət !
Diffamasiya qanunu ona görə qəbul edilmir ki, Əli Həsənaz kimi azlar bunu qəti istəmirlər. Bəhanələri də odur ki, xəlqimiz buna hazır deyil. Məgər bu azların xəlqimizin başına gətirdikləri bu qədər müsibətlərə xəlqimiz hazır idi ?

Kimdən: Musteqil Haradan: Baki
06.02.2010 06:23
Eli Hesenov size ele gelmir ki, bu 20 ilde Azerbaycan dövletinde cok önemli qanunlar ehtiyac olmush.Lakin siz memurlar bundan istifade ederek hörmetli prezidente yalan melumatlar vererek,bu qanunlardan yayilmisiniz.
Bu gun ele qanunlara,programlara ehtiyac var bunu etmek istemirsiniz.
Bu gun Azerbaycan xalqi her qanuna hazirdir yalniz edaletli qanuna.
Siz bu gun diffamasiya qanununu qebul etmek ucun xalqi gunahlandirirsiniz.Xalq hazir degil.Bele edaletsizlik olarmi.

Kimdən: Firudin Haradan: Cəmiyyətdən
05.02.2010 23:25
Əli müəllim, mən cəmiyyətin bir nümayəndəsi kimi bu qanuna hazır olduğumu bildirirəm. Qəbul edin!

Kimdən: Elcin327 Haradan: Baki
05.02.2010 19:41
Konstitusiyaya deyiwiklik edende hec cemiyyeti buna hazirlamadilar bir aya her wey hell olundu