Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:39
«Diffamasiya haqqında qanun qəbul edilməli və həbsdə olan jurnalist dərhal azadlığa buraxılmalıdır».

Millət vəkili Pənah Hüseyn Milli Məclisin fevralın 1-də keçirilən iclasında belə deyib.

O, akademik Cəlal Əliyevin «Yeni Müsavat» qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxanı məhkəməyə verdiyini xatırladıb və buna etirazını bildirib.

Milli Məclisin sədri Oqtay Əsədov isə Avropa Şurasına üzv olaan ölkələrin çoxunda «Diffamasiya haqqında» qanun olmadığını vurğulayıb.

Məsələyə birinci vitse-spiker Ziyafət Əsgərov da münasibət bildirib: «İnsanları növlərə bölmək olmaz. Nəyə görə başqa peşə sahibləri məhkəməyə veriləndə heç kim səsini çıxarmır, amma jurnalistlər məhkəməyə veriləndə ajiotaj yaradılır?..»

Beynəlxalq hüquq müdafiə təşkilatları Azərbaycandan «Diffamasiya haqqında qanun»u qəbul etməyi tələb edirlər. Hazırda ölkədə bir neçə jurnalist və bloqçular həbsdədirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG