Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Siyasət

Day.az bağlanıb

Day.az-ın Süleyman Rəhimov küçəsi 70-də yerləşən ofisi

Day.az-ın Süleyman Rəhimov küçəsi 70-də yerləşən ofisi

19.02.2009
Fevralın 19-da günün birinci yarısında Day.az saytında yerləşdirilən elanda qeyd edilirdi ki, layihə fəaliyyətini dayandırır. Günün sonunda isə elan dəyişib. Səhifəyə daxil olanlara bu elan verilir: "Texniki səbəblərə görə sayt müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Day.az fevralın 25-də geri qayıdacaq". 

Gün ərzində portal haqqında ziddiyətli xəbərlər daxil olurdu. "Azadlıq" radiosunun müxbiri ilə söhbətdə saytın əməkdaşları bağlanmaya səbəb kimi texniki problemi göstərməmişdilər.

Portalın Bakı şəhəri Süleyman Rəhimov küçəsi 70-də yerləşən ofisində iş dayanıb.

Saytın yerləşdiyi ofisə baş çəkən əməkdaşımıza özünü redaktor Slavik kimi təqdim edən Yaroslav Osintsev bunları deyirdi: «Hə, day.az radiosunu da bağladılar, internet səhifəsini də. Mən saytın redaktoruyam. Vallah bilmirəm səbəb nə idi. Bu dünyada o qədər səbəb var ki...
Hamı gedib. İndi ofisdə tək mənəm. Niyə bağlayıblar, kim bağlayıb, bu barədə heç bir şey deyə bilmərəm. Günorta, nahar vaxtı dedilər ki, bağlandı, vəssalam…»

Saytın daimi oxucularından olan Erkin Qədirli deyir ki, bir həftədən sonra işini bərpa edəcək saytın həmin day.az olacağına inanmır. «Ola bilsin ki, bir həftədən sonra sayt açılsın. Amma bu tamamilə fərqli bir sayt olacaq».

Portalın əməkdaşı redaksiyada foto çəkiliş aparılmasına da icazə verməyib. Redaktorun dediyinə görə, ona rəhbərlikdən belə bir tapşırıq verilib.

 
Bu forum dayandırılıb
İsmarışları sırala
    Növbəti 
Səhifə (3)
Kimdən: Efqan Şəhər: Baki
25.02.2009 22:41
Menim fikrimce hansi sebeb olur olsun bu qeder insani melumatla operativ temin eden bir sayti baglamaq istifadecileri informasiya qebulunda "ac qoymaga" beraberdir. Bele hallar biz genclerin hakimiyyete olan inamina zerbe vurur!

Kimdən: Patriot
25.02.2009 16:41
Mən saytın bağlanmasına çox təəsüflənirəm. Ən cox da foruma görə

Kimdən: Qonaq Şəhər: San Francisco
24.02.2009 13:40
Mence bunu menfi qiymetlendirmeliyik. Her halda istenilen KIV biznes vasitesi ola biler. Ancaq her hansi KIV-in baglanilmasi sebebi professional olaraq cemiyyete evvelceden bildirilmelidir ve belli olmalidir. Unutmayin ki, bu yazilarin hamisini muxtelif milletler oxuyur. Day.Az ucun ugurlar! eger baglanibsa demeli hansisa heqiqet kiminse xosuna gelmeyib. ya eminin, ya da bibinin:-)

Kimdən: Mammad Şəhər: Baki
23.02.2009 17:06
O boyda generali oldurubler hec kim 0onun haqqinda daniwmir saytdida baglanib.....1 general yetiwdirmek uchun ne il vaxt lazim olur sayti 2 gune de yaratmaq olur

Kimdən: SERVER_IP Şəhər: AZERFIRE
21.02.2009 21:52
KIM DAY.AZ DAIMI OXUCUSU OLUBSA YAXSI bilirki day.az ermenilere qarsi en yaxsi informasiya muharibesiydi.hetta ermeniler bir nece defe o sayti dagitmaga calisiblar.hetta onlara bu isde rus hackerleri komek edibler.day.az operativ redaktorlari terefinden nece xarici olke kompaniyalarinin QARABAGDA qanunsuz fealiyyetleri dayandirilib.bir nece meshur dunya saytlarinda QARABAG ermenistan erazisi kimi gosterilmesinin qarsisi alinib.neyse musbet terefleri oldugu kimi menfi terefleride var idi meselen:(cox uzr isteyirem) qardas bacini zorladi,qardas-qardasi oldurdu bu kimi xeberler verirdi bunlarida ermeniler oxuyurdu bizim elehimize verirdiler.
Mende inaniram ki bu saytin baglanmasinda siyasi amiller var cunki day.az ingilis versiyasi da today.az domain silinib.bele seyler hec vaxt tesadufi olmur.

Kimdən: Levengi Şəhər: Lenkoran
21.02.2009 21:46
yagin digerleri kimi buda chashdi.
Amma sufte baglananda orda bashka shey yazmishdi. "Sayt hal hazirda mueyyenleshdirilen sebeblere gore mevegetti olarag baglidir".
Biraz sonra yazdiki. sayt texniki sebeblerle Fevralin 25ne geder baglidir.
Meni blok elemishdiler forumda, ceddim tutdu...

Kimdən: Qartal Şəhər: qanligol
21.02.2009 20:54
Men 0deye bileremki,sayt yaxshi sayt idi.Allah rehmet elesin.

Kimdən: Mr.Burns Şəhər: Springfield
21.02.2009 00:49
day.az ilk novbede biznes proyekt idi, ozlerinin megsed,hedef ve prinsipleri var idi. Blokada girmag, hegiget chatdirmag kimi pafoslu sozler burada yersizdi. Melumatlarin choxusu seviyyesiz ve ucuz show xeberleri xatirladirdi, meselen: kamaz 40 goyun vurdu, gardash bacizi zorlad ve s. , bezen shantaj xarakterli megalelerde gedirdi. Bele megaleleri oxuyan adi oxucu bu tip ucuz megalelere oyreshir ve umumiyyetle dushunce gabiliyyeti darlashir. Mugayise uchun BBC-de geden xeberleri oxuyunuz ve ya hech olmasa azadligda geden xeberleri ve sonra onu day.azda geden xeberlerle mugayise edin.
Baglanmagin sebebleri chox ola biler, her halda bu bir biznes idi ve etiraf edek ki az da gazanmirdilar.
Shexsen men bucur "obyektiv" medianin olmasindansa AZTV kimi medianin olmasini ustun tuturam, en azi ona gore ki AZTV-in bir uzu ve bir deyishmeyen simasi var.
Pul bezen insanlari iki uzlu ve riyakar edir.

Kimdən: qemer Şəhər: sumqayit
20.02.2009 12:38
yaxsi oldu. day.az cox vaxt ucuz sensasiya xarakterli yazilar verirdi, yalan ve qeyri-ciddi informasiya

Kimdən: SEYRCI Şəhər: Azerbaycan
20.02.2009 11:27
Bele sonluq gozlenilen idi, cunki forumda cox savadli ve qetiyyetli yuzerlerin yazilari tez-tez derc olunurdu. Sozsuz ki yuxarida oturanlarda sayt barede xeberdar idi, forumun sehifelerinde yazilan her bir post cemiyyetde bas veren her-hansi hadiseni isiqlandirirdi. Desem ki yuzerlerin deqiq analitik yazilari cox zaman dovleti temsil edenlerin dediklerinden qat0qat savadli idi... Rusdilli forum olsada, azsrbaycanca da yazilarimizi verirdik, cox maraqli heyyet yigilmisdi. Umidvaram ki, 25 fevral elanda deyildiyi kimi sayt yeniden isini baslayacaq.
    Növbəti 
Səhifə (3)