Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:44

Day.az Berezovskiylə müsahibəyə görə bağlanıb?


İlqar Məmmədov REAL-ın təsisçilərindən biridir
İlqar Məmmədov REAL-ın təsisçilərindən biridir
Respublikaçı Alternativ İctimai Birliyinin (REAL) məlumatına görə, Day.az saytı Azərbaycan hakimiyyətinin təzyiqi altında bağlanıb. REAL öz bəyanatında monarxiya yaratmağa doğru hərəkət edən hökumət dairələrinin Azərbaycanın ən uğurlu xəbərlər layihəsi olan, materialların internet məkanda nisbətən obyektiv, dolğun və daha plüralist yayılmasını təmin edən day.az portalını bağlamaq qərarından qəzəbləndiyini bildirir.

«Prezident Əliyevin demokratiyadan uzaqlaşması bununla başa çatmır. Biz əminik ki, bu addım bir daha onun ölkədə fikir azadlığı, söz azadlığı, sərbəst toplaşmaq azadlığı, sahibkarlıq fəaliyyətinin bütün əsaslarını tapdalayan monarxiya qurmaq niyyətini nümayiş etdirib», - deyə REAL-ın bəyanatında bildirilir.

Qeyd etmək lazımdır ki, day.az saytı Rusiyanın hakim dairələrini qıcıqlandırırdı. Gürcüstanda avqust münaqişəsi zamanı Rusiyanın diplomatik dairələri Azərbaycan hakimiyyətinə bu saytın Gürcüstandakı hadisələri işıqlandırması ilə bağlı etirazını bildirib.

Maraqlıdır ki, bu günlərdə sayt İngiltərədə yaşayan oliqarx Boris Berezovski ilə müsahibə dərc edib. Bu müsahibədə Berezovski Vladimir Putini korrupsiyada ittiham edib, onun xarici banklardakı hesablarında 40 mliryard dollar vəsait olmasından, Qafqazdakı münaqişələrdə marqlı olmasından danışıb.

Müsahibə internetdə yayıldıqdan bir gün sonra prezident administrasiyasının nümayəndələri gecə yarısı sayt rəhbərliyinin əlaqə telefonlarını axtarıb. Qeyd edək ki, saytın təsisçisi deputat Anar Məmmədxanovdur.

/Turan/

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG