Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:07

Milli domen bazasından Day.az domeninə aid məlumatlar silinib


Osman Gündüz bunu Konstitusiyanın və qanunların pozulması kimi qiymətləndirib
Osman Gündüz bunu Konstitusiyanın və qanunların pozulması kimi qiymətləndirib
Fevralın 19-dan etibarən Azərbaycan iternet məkanının əsas mlli domen bazasından (Whois.az) www.Day.az domeninin məlumatları silinib. Bu barədə «Turan»a Azərbaycan İnternet Forumunun (AIF) rəhbəri Osman Gündüz bildirib.

Whois.az milli domen məlumat sisteminin və az domeninin hazırda inzibatçılığını həyata keçirən məsul şəxslər AİF-ə bununla bağlı açıqlama vermək istəmədiklərini bildiriblər.

«Day.az resursunun sahiblərinin baş vermiş hadisə ilə bağlı açıqlamalar vermək istəmədiklərinə baxmayaraq, AİF hər bir halda məhkəmənin qərarı olmadan hər hansı informasiya resursunun qapadılmasını qətiyyətlə pisləyir və bunu yolverilməz hesab edir», - deyə O.Gündüz bildirib.

O, bunu Konstitusiyanın və qanunların pozulması kimi qiymətləndirib.

Artıq milli domenlər bazasında (Whois.az) www.day.az-ın kimə aid olması barədə məlumat yoxdur. Yəni domenin sahibi, ünvanı, telefonu, faksı, e-mail barədə heç bir məlumat yoxdur. Əvvəl burada Day.az-ın baş redaktoru Elnur Baimovun koordinatları yerləşdirilmişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG