Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 02:11

Türkiyə polisi "Zaman" qəzetinə hücum etdi


"Zaman" qəzetinin tərəfdarları polislə toqquşublar
"Zaman" qəzetinin tərəfdarları polislə toqquşublar

Türkiyə məhkəməsi prezident Erdoğanın qatı tənqidçisi olan “Zaman” qəzetini dövlət nəzarətinə verib

Türkiyə polisi “Zaman” qəzetinin binasına və onun müdafiəsinə qalxmış tərəfdarlarına gösyaşardıcı qazlar, suvuranlar və dəyənəklərlə hücum edib.

Redakisya həyətinin darvazalarını sındıran polis bundan sonra binanın içərisinə daxil olub və jurnalistlərə fiziki zor tətbiq edib.

Polis "Zaman" qəzetinin redaksiyasını zəbt edib
Polis "Zaman" qəzetinin redaksiyasını zəbt edib

Bundan əvvəl Türkiyə məhkəməsi prezident Erdoğanın qatı tənqidçisi olan “Zaman” qəzetinin dövlət nəzarətinə verilməsi barədə qərar qəbul etmişdi.

Qəzetin idarə edilməsi üçün inzibatçılar təyin olunub. Məhkəmənin qərarı barədə heç bir izahat verilməyib.

Qəzet redaksiya məhkəmə qərarını tanımadığını bəyan edib.

“Zaman” qəzetinin ABŞ-da yaşayan müsəlman vaiz və prezident Erdoğanın rəqibi Fethullah Gülen-in “Hizmet” hərəkatına bağlı olduğu söylənir.

Türkiyədə “Hizmet”, hökuməti devirməyə cəhd göstərən “terrorçu təşkilat” elan edilib. Təşkilatın Türkiyədəki bir çox üzvləri həbs ediliblər.

Medianın “ən qaranlıq günləri”

Erdoğan hökuməti jurnalistlərlə qaba rəftarına görə beynəlxalq aləmdə kəskin tənqid edilir.

“Zaman” qəzetinin yaydığı xüsusi bəyanatda deyilir ki, “ölkə media azadlığı sahəsində özünün ən qaranlıq və kədərli günlərini yaşayır”.

Ölkə media azadlığı sahəsində özünün ən qaranlıq və kədərli günlərini yaşayır. “Zaman” qəzeti ilə bağlı son məhkəmə qərarı əslində “Türkiyədə azad medianın sonu” kimi qiymətləndirilə bilər

Bəyanatda bildirilir ki, ölkədə ən böyük tiraja malik “Zaman”a qarşı təqiblər artıq iki ildir səngimək bilmirdi.

Qəzetə akkreditasiya qadağanından tutmuş vergi yoxlamalarına və oxucuların hədələnəməsinədək ən müxtəlif təzyiqlər edilirdi.

Qəzetin baş redaktoru Sevgi Akarçeşme Reuters agentliyinə bildirib ki, “Zaman” qəzeti ilə bağlı son məhkəmə qərarı əslində “Türkiyədə azad medianın sonu” kimi qiymətləndirilə bilər.

“Media həmişə təzyiq altında oplub, - deyib redaktor, - Lakin təzyiqlər heç vaxt bu qədər açıqlığı ilə edilməyib”.

Erdoğanın tənqidi, yoxsa dövlət sirri?

Qəzetin onlarca tərəfdarı məhkəmə qərarının ardınca “Zaman” redaksiyasının yerləşdiyi binanın qarşısına toplaşmışdı.

Onların əllərindəki plakatlardan birində “Azad media üçün döyüşəcəyik” yazılmışdı.

Cümhuriyet müxbirlərinin azad olunması prezidenti qəzəbləndirib
Cümhuriyet müxbirlərinin azad olunması prezidenti qəzəbləndirib

Amnesty International tıəşkilatından Andrew Gardner deyib ki, “Erdoğan hökuməti tənqidi səslərə hücum etməklə insan haqlarının üstündən şumlayıb keçir”.

Məhkəmənin bu qərarından əvvəl Türkiyənin Konstitusiya Məhkəməsi “Cumhuriyet” qəzetinin iki müxbirini həbsxanadan azad etmək barədə qərar qəbul etmişdi.

Can Dündar və Erdem Gül həbsxanaya Erdoğan hökumətinin təzyiqi altında atılmışdılar. Onlar Türkiyənin dövlət sirlərini faş etməkdə günahlandırılırdılar.

Bu jurnalistlər Erdoğöan hökumətinin gizli yollarla Suriyadakı islamçılara silah-sursat yardımı göndərməsini faş etmişdilər. Hakim partiya yardımın guya Suriya türkmanlarına göndərildiyində israr edir və jurnalsitləri vətəna xəyanətdə ittiham edir.

Həbsxanadan azad edilmələrinə baxmayaraq, Dündar və Gül martın 25-də keçiriləcək məhkəmə prosesində ömürlük həbs cəzası ala bilərlər.

Prezidentin “şəxsi müharibəsi”

Türkiyə mediasının verdiyi xəbərlərə görə Nigeriyada səfərdə olan prezident Erdoğan jurnalistlərə bildirib ki, Ankara bu iki jurnalistə görə yeri gəlsə, Avropa İnsan Haqları Məhkəməsinə kompensasiya ödəməyə hazırdır, “amma onlar cəzadan yaxa qurtara bilməyəcəklər”.

Erdoğan öz çıxışlarında bu qəzetləri və jurnalistləri onu şəxsən hədəfləməkdə ittiham edir.

Müstəqil media isə bildirir ki, getdikcə avtoritarlaşan Erdoğan azad sözə qarşı müharibə elan edib.

Biz Türkiyə hakimiyyətini ölkənin öz konstitusiyasında, ifadə azadlığı, xüsusən də mətbuat azadlığı da daxil təcəssümünü tapmış ümumi demokratik dəyərlərə uyğun hərəkət etməyə çağırırıq

Müşahidəçilər bildirirlər ki, Türkiyə hökuməti Avropanın qaçqın böhranından fürsətlənərək onu öz girovuna çevirməyə çalışır, lakin azadlıqlar üzərinə hücumlar Ankara ilə Qərb arasında onsuz da mürəkkəb olan münasibətləri bir qədər də qəlizləşdirə bilər.

ABŞ Dövlət Departamenti Türkiyə hakimiyyətinin “Zaman” qəzetini nəzarətə götürmək qərarını “narahatedici” adlandırıb.

“Biz bu hadisəyə Türkiyə hökumətinin onu tənqid edən media qurumlarına və başqalarına qarşı narahatedici şəkildə məhkəmə və hüquq-mühafizə hərəkətlərindən istifadəsinin davamı kimi baxırıq” – deyib Dövlət Departamentinin sözçüsü John Kirby.

“Biz Türkiyə hakimiyyətini ölkənin öz konstitusiyasında, ifadə azadlığı, xüsusən də mətbuat azadlığı da daxil təcəssümünü tapmış ümumi demokratik dəyərlərə uyğun hərəkət etməyə çağırırıq” – deyilir ABŞ Dövlət Departamentinin bəyanatında.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG