Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:17

“Konstitusiya Məhkəməsinin qərarına sadəcə səsimi çıxarmır, amma deyim ki, qəbul etmir və qərara hörmətlə yanaşmıram”.

Bunu Türkiyə prezidenti Recep Tayyip Erdogan fevralın 28-də İstanbulda keçirdiyi mətbuat konfransında məhkəmənin “Cumhuriyet” qəzetinin baş redaktoruCan Dundar və Ankara bürosunun rəhbəri Erdem Gulün azadlığa buraxılması ilə bağlı qərarına münasibət bildirərkən deyib.

Prezident qeyd edib ki, Konstitusiya Məhkəməsi istənilən qərar qəbul edə bilər, amma mən bu qərarı qəbul etmirəm.

Erdogan qeyd edib ki, mediyanın sərhədsiz azadlığı ola bilməz və dünyanın heç bir yerində belə şey yoxdur.

“Kütləvi İnformasiya Vasitələri prezident və baş nazir haqqında yalan, iftira məlumatlar yayacaq, biz isə bunu seyr edəcəyik ? Bundan söhbət də gedə bilməz”, deyə Erdogan vurğulayıb.

«Cümhuriyyət» qəzetinin iki jurnalistləri bu günlərdə məhkəmənin qərarı ilə azadlığa buraxılıb. Onlar terrorçuluğa yardım göstərməkdə ittiham olunurdular.

Konstitusiya Məhkəməsi qəzetin baş redaktoru Can Dündar və Ankara bürosunun rəhbəri Erdem Gül-ün həbsdə saxlanmasını insan haqları pozuntusu kimi qəbul edəndən sonra onlar azadlığa çıxıb.

Amma jurnalistlərə qarşı irəli sürülən ittiham dəyişməyib, ölkədəm çıxmalarına qadağa qoyulub.

Jurnalistlərin işi üzrə proses martın sonunda başlamalıdır, ittiham təsdiqlənsə, onları ömürlük həbs gözləyir.

Can Dündar və Erdem Gül ötən ilin noyabrında casusluqda ittiham ediliblər – onların apardıqları jurnalist təhqiqatına görə Türkiyənin xüsusi xidmət orqanları Suriyaya silah göndərir.

Günün bütün mövzuları

XS
SM
MD
LG